Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Osman Qazi” körpüsü açıldı – VİDEO

01 Temmuz 2016

5:08 am


01/07/2016 [09:06]: xeber –
İstanbulun Avropa və Asiya hissəsini birləşdirən “Osman Qazi” körpüsünün açılışı olub. Açılışı mərasimində prezident Rəcəb Tayyib Ərdoğan, baş nazir Binəli Yıldırım, hökumət üzvləri və millət vəkilləri iştirak edib. Körpü İstanbul ilə İzmir şəhərləri arasındakı yolu 9 saatdan 3,5 saata qədər azaldacaq Gebze-Orhanqazi-İzmir Şosesi layihəsinin mühüm hissəsi olacaq. Açılış mərasimində çıxış edən Ərdoğan Çanaqqala boğazında yeni bir körpünü tikməyi planlaşdırqlarını deyib. Prezident körpünün adının “Çanaqqala 1915” olacağını söyləyib. Tikintisinə 12 milyard lirə (təxminən 4 milyard dollar) xərclənən “Osman Qazi” körpüsü Mərmərə dənizinin şərqindəki Dil Burnu ilə Altınovanın Hersek Burnunu birləşdirir. Köpünün uzunluğu 2682 metrdir və dünyanın 4-cü ən uzun asma körpüsü hesab olunur. Körpü ölkə iqtisadiyyatına 10 milyard dollara yaxın gəlir gətirəcək. Körpüdən istifadə etmək ödənişli olacaq. Minik avtomobilləri 40, yük avtomobilləri isə 85 dollar ödəyəcək. Türkiyə prezidenti Ramazan ayının sonun kimi körpüdən istifadənin ödənişsiz olacağını söyləyib.(Publika.az)




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler