Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Oruc tutmayanlar daha çox savab qazandılar…

28 Haziran 2016

8:12 am


28/06/2016 [12:10]: xeber –
Yazıçı Paşa Yaqub son vaxtlar özünün  elmi-lədun mövzusunda apardığı hesablamalarla gündəmdədir. Oxucularımız indiyədək onun məqalələrini  saytımızdan  izləyiblər. 30-dan çox kitabın müəllifi olan P. Yaqub daha bir əsərini tamamlayıb.  sayt saytı yazıçının hələ çapa getməmiş  “Məhəmməd Davudi” əsərinin bəzi hissələrini yayımlamaq qərarına gəlib. Beləliklə, əsərin dördüncü  hissəsi ilə tanış olun.Üçüncü  hissəni bu linkdən oxuya bilərsiniz:  http://www.moderator.az/news/142328.html DAVUDİ MƏRİFƏT ELMİNƏ SAHİB İDİƏvvəlki fəsildən göründüyü kimi, Hacı Məhəmməd Əfəndinin həyat və fəaliyyəti belə çətin və mürəkkəb bir dövrə təsadüf edirdi. Bütün çətinliklərə, təzyiq və təqiblərə baxmayaraq, o, ilahiyyat elminin incəliklərini öyrənməkdən və müridlərinə öyrətməkdən çəkinmirdi.İnsan həyatda gözəl işlər, gözəl əməllərlə məş¬¬ğul olduqca və Quran ədəbi, Quran əxlaqı ilə yaşadıqca, onun nuru artır və Allaha başqa-ların¬dan daha yaxın olur. Yaxın olduqca da duaları da¬ha tez qəbul edilir. Belə şəxsləri Rəbbim Quranda vəliyullah, həbibullah, övliyaüllah adlandırır ki, dilimizə tərcüməsi Allahın vəlisi, dostu, həbibi mə¬nasını verir. Belə şəxslər xalq arasında əsasən kəramət sahibləri kimi tanınırlar. Bu cür şəxslər mərifət elminə sahib olurlar. Könüllə bilmək, Allah-təalanı hakkıyla tanıyıb bilməyə mərifət deyilir. Məhəmməd Məsum Faruki insanın izzətinin iman və mərifət ilə olduğunu, mal və mülk ilə olmadığını bildirmişdir. Əbül-Həsən bin Sai isə, “Mərifət – hər durumda qulun Allah-təalanın verdiyi nemətlərə şükr etməkdə aciz qaldığını, gənc və güclü zamanlarında da zəif olduğunu bilməsi ilə əldə olunur” –  demişdir.  Allah-təalanı qəlb və ruhla tanıyıb bilməyə mərifətullah da deyirlər. “Sülük-ül-Ulema” adlı əsərdə keçən bir hədisi-şərifdə: “Elmlərdən elələri vardır ki, onları ancaq mərifətullaha sahib olanlar bilirlər. Onlar bu elmlərdən xəbər verdikləri zaman mərifətullaha sahib olmayanlardan başqası onları inkar etməz” – buyrulmuşdur. Hadimi həzrətləri: “Mərifətullah bilgiləri kəşflə və ilhamla hasil olur. Müəllimdən öyrənilməz. İbadətlərin yapılması və bütün şəriət bilgiləri isə ustaddan öyrənməklə əldə edilir” – demişdir. İnsanın görünməyən və aləmi əmirdən olan qəlb, sirr, ruh kimi dəyərləri mövzu edən elmə qısaca könül – yəni, qəlb; ruhla bağlı elmə ELM-İ BATİN (və yaxud ELMİ-LADUN) deyilir. Deyleminin rəvayət etdiyi bir hədisi-şərifdə: “Elm-i batin Allah-təalanın sirlərindən bir sirdir. Onun hökmlərindən bir hökmdür. Dilədiyi qulunun qəlbinə salar” – deyə buyurulmuşdur.   Şəhabəddin  Şührəverdi: “Elm-i batin (elm-i ladun) ilə qulun Allah-təalaya yaxınlığı artar. Bu elm Allah adamı deyilən vəliləri və talibləri ona qovuşduran, doğru yolu qüvvətləndirən və insanlara doğru yolu göstərən alimlərin söhbətlərində qazanılır. Bu alimlər peyğəmbərlərin varisləridir” – demişdir. Peyğəmbərimiz buyurmuşdur: “Elmi ilə əməl edənə Allah-təala bilmədiklərini də bildirər”.   Əbül Əsəd ed-Dueli: “Heç bir şey elmdən üstün deyildir. Çünki, sultanlar insanlara hökm edirlər; alimlər isə, sultanlara hökm edirlər” – demişdir. Loğman Peyğəmbər də oğluna bunu söyləmişdir: “Ey oğlum! Dünyanın sevinc və nəşələrini təcrübə etdim, elmdən ləzzətli bir şey tapmadım”. Sonra isə: “Dərvişlər, fəqir və yoxsullar elm sayəsində sultanlar süfrəsində otururlar” – demişdir.  Abdullah Dəhləvi isə? “İnsanın qəlbini genişləndirən şeylərdən biri elmdir” – demişdir. Bu cür mərifət elminə sahib olan şəxs  kəramət sahibi sayılır ki, Hacı Məhəmməd Əfəndi də məhz bu zümrəyə daxil idi.MƏHƏMMƏD ƏFƏNDİ DƏRƏCƏ-DƏRƏCƏ YÜKSƏLİRDİ “Biz istədiyimiz şəxsi dərəcə-dərəcə yüksəldirik. Şübhəsiz ki, Rəbbin hikmət, elm sahibidir”.  “Davar” surəsi, 83.Allah-təala başqa dostları kimi Məhəmməd Davudinin də xidmətlərini nəzərə alıb, onu dərəcə-dərəcə yüksəltmişdir. Çünki o, xalqa xidmət etdikcə, nəfsini öldürmüş və ruhən paklaşaraq, Allahla dostluğa layiq bir vəli qula çevrilmişdir. Yeri gəlmişkən, Peyğəmbər Əfəndimiz hədislərindən birində: “Bir qövmə xidmət edən şəxs (əcr və mükafata nail olmaq baxımından) onların ən üstünüdür”- deyə, buyurmuşdur. Başqa bir hədisi- şərifdə isə buyurur: “Bir nəfər yolda gedərkən qarşısında bir tikan kolu gördü və onu götürüb yoldan kənara atdı. Bu səbəbdən Allah ondan razı qaldı və qüsurlarını bağışladı” (Buxari, Azan 32).        Buradan belə məlum olur ki, Allah dərgahında ən məqbul əməl, Allah rizası üçün insanlara xidmət etmək və gözəl əxlaq sahibi olmaqdır ki, Məhəmməd Əfəndinin simasında biz bunun aydın nümunəsini görürük. O, bütün həyatını insanların hidayətə çatması və daxili aləmlərinin mənəvi gözəlliklərlə bəzədilməsi kimi ülvi bir xidmətə həsr etmişdir.         İsti yay günlərinin birində Məhəmməd Əleyhissəlam səhabələrlə birlikdə səfərə çıxmışdı. Münasib bir yerdə düşərgə saldılar. Səhabələrin bir qismi oruclu idi və onlar yorğun olduqlarına görə yatdılar. Oruclu olmayanlar isə kölgələnmək üçün çadır qurdular dəstəmaz almaq və heyvanları sulamaq üçün su daşıdılar, oruclu olanlara xidmət etdilər. İftar vaxtı çatanda Peyğənbər Əfəndimiz belə buyurdu: “Bu gün oruc tutmayanlar (daha çox) savaba nail oldu”.            (Buxari, Cihad, 71; Müslim, Siyam,100-101)HAQQA DƏVƏT“İçərinizdə insanları yaxşılığa çağıran, xeyirli işlər görməyi əmr edən adamlar olsun! Bunlar (bu adamlar), həqiqətən nicat tapmış şəxslərdir”. “Quran”, “İmran ailəsi” surəsi, 104-cü ayə.Məhəmməd Davudinin övliyalıq məqamına yüksəlməsinin  bir səbəbi də, insanları Haqqa dəvət etməsi və onları pis işlərdən, bəd əməllərdən çəkindirməsi idi. Onu başqalarından fərqləndirən əsas cəhətlərdən biri də qəlbindəki mərhəmət hissi idi. Mərhəmətin təzahürü kimi edilən müqəddəs xidmətlərin başında da islami təbliğ və Haqqa dəvət gəlir. İnsanları xeyirxahlığa çağırmaq, xətalarını düzəldərək bilmədiklərini öyrətmək, qəlblərini Allaha istiqamətləndirmək onlara edilən ən böyük xidmətlərdəndir. Həzrət Peyğəmbərimiz bu barədə  belə buyurmuşdur: “Allaha and içirəm ki, Allah təalanın sənin vasitənlə bir nəfəri hidayətə çatdırması (ən qiymətli dünya neməti sayılan) qızıl dəvələrə sahib olmağından daha xeyirlidir”. (Buxari, Əshabun-Nəbi, 9) Başqa bir hədisdə isə, fəxti-kainat Peyğəmbərimiz belə buyurur: “Hidayət yoluna dəvət edən şəxs, ona tabe olanların əcri qədər mükafat alar. Bu, ona tabe olanların əcrindən hec bir şey əksiltməz! Pis bir yola dəvət edən insan da, ona tabe olanların günahı qədər günah alar. Bu da ona tabe olanların günahlarından heç bir şey əksiltməz”. (Müslüm, Elm, 16; Əbu Davud, Sünnə, 6/4609)Təbliğ xidməti edən şəxsin; elmli, əməli-saleh, səxavətli və gözəl əxlaq ilə yaşayaraq başqalarına nümunə olması vacibdir ki, bu keyfiyyətlərin hamısını Məhəmməd Davudidə görmək mümkün idi. Belə yaşayan səmimi insanlar üzlərinə baxıldıqda Allahı xatırladan sadiq və övliya bəndələrdən olurlar.  Belə ki, səhabələr: “Allahın övliya bəndələri kimlərdir?”- deyə soruşduqda, Allahın Rəsulu:  “Allahın övliya bəndələri üzlərinə baxıldıqda Allah-təalanı xatırladan insanlardır”- deyə buyurmuşdur (Heysəmi,X, 78).Məhəmməd Davudinin xalqa etdiyi ən mühüm xidmətlərindən biri də, onlara Quranı öyrətməsidir. Belə ki, insanın bu dünyada rifah halında yaşaması üçün maddi qidalara nə qədər ehtiyacı varsa, əbədi həyatdakı səadətini təmin etməsi üçün mənəvi və ruhi qidalara bir o qədər ehtiyacı vardır. İnsan ruhunun ən gözəl və ən təsirli qidası Qurandır. Ona görə də ən şərəfli əməl, Quranı öyrənmək  və onu öyrətməklə məşğul olmaqdır. Rəsulullah-səllallahu əleyhi və ssəlləm-belə buyurmuşdur:      “Qurani-Kərim elə bir ilahi kəlamdır ki, o, baş verə biləcək hər cür fitnəyə qarşı insanı salamata çatdırar. Onda sizdən əvvəlkilərin xəbərləri, sizdən sonrakıların vəziyyətləri, insanlar arasında meydana gələcək hadisələrin hökmləri vardır. O, haqq ilə batili bir-birindən ayırır. Onda mənasız heç nə yoxdur. Onu tərk edən azğını Allah-təala həlak edər. Ondan kənarda hidayət axtaranı, Allah zəlalətə salar. O, Allah-təalanın sağlam ipi, zikri-hakimi və sirəti-müstəqimidir. Ona tabe olanlar heç vaxt yolunu azmaz, onu söyləyən dillər səhv etməz. Alimlər ondan doymaz. Çox təkrar edildiyinə görə yeniliyini əsla itirməz. İnsanları təəccübləndirən möcüzəvi xüsusiyyətləri bitib-tükənməz. Cinlər, onu eşitdikləri zaman; “… Doğrudan da biz, heyran edən bir Quran eşitdik…” deməkdən özlərini saxlaya bilməzlər. Qurana əsaslanaraq danışanlar doğru danışarlar. Onunla hökm verənlər yerində adil davranarlar. Onu tətbiq edənlər mükafat qazanar və ona dəvət edənlər doğru yolu taparlar”. (Tirmizi, Fəzailul-Quran, 14/2906; Darimi, Fəzailul-Quran, 1).Quran elmini öyrədən insana mürşid deyilir. Mövlana Cəlaləddin Ruminin maraqlı bir fikri var ki: “Bir bıçaq öz sapını başqa bir bıçaq olmadan yona bilmədiyi kimi, insan da öz ruhunu,  mənəviyyatını cilalamaq üçün bir mürşidə ehtiyac duyur”. Şeyx Məhəmməd Əfəndi dövrünün kamil mürşidi olaraq insanların ruhunun cilalanmasına, nurlanmasına, paklanmasına xidmət edirdi. Mövlanə kamil mürşidləri mənəvi həkimlər adlandırır və onların maddi həkimlərdən (təbiblərdən) üstünlüklərini belə izah edir:“O zahir həkimlər başqadır. Onlar ürəyə nəbzi tutaraq baxırlar. Mürşidi-Kamillər isə nəbzi tutmadan ürəyə baxarlar. Və Allahın vermiş olduğu fərasət və sirri varmaq cəhətdən maddi həkimlərdən fərqlidirlər. Zahiri həkimlər ancaq maddi qida və əczalarla cismi, yəni cəsədi müalicə edərlər. Cəsəd isə, aydındır ki, bir gün qeyb olacaqdır”.“Mənəvi həkimlər isə Allahın cəlal və əzəmət nuruna bələnmişlər. Bu səbəbdən Allaha varmağa mane olan yollar ortadan qaldırılır. Dəlilləri kəşf, ilham və sirri ilahidir. O mübarək insanlar müalicə haqqı da istəməzlər”.  (ardı var)




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler