Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Ordusu olmayan ölkeler nece qorunur – MARAQLI

10 Ekim 2016

9:48 am


10/10/2016 [13:46]: xeber –
Dünyanın müxtəlif yerlərində ordusu olmayan ölkələr var. Bu ölkələrin hər nə qədər ordusu və hərbi qüvvəsi olmasa da ölkənin təhlükəsizliyi güclü dövlətlərin himayəsi altındadır.sayt ordusu olmayan dövlətlərin və onların necə qorunduğu haqqında yazı təqdim edir: Vatikan: Polis səviyyəsində xidmət göstərən isveçrəli mühafizəçilər tərəfindən qorunur.İslandiya: Ölkədə 1869-ci ildən bəri bir ordu yoxdur. Birləşmiş Krallıq ilə hərbi təhlükəsizlik müqaviləsi olduğundan NATO-ya üzvdür.Monako: 17-ci əsrdə silah texnologiyasında böyük inkişafa görə ordusundan imtina edib. Zəruri olduğu hallarda qorunması Fransaya aiddir.Kostariko: Ölkənin konstitusiyasına əsasən 1949-ci ildən bu yana ölkədə ordu qurulması qadağandır. Andorra: 3 İyun 1993-ci ildəki sazişə görə lazım gəldikdə ölkənin hərbi cəhətdən qorunması İspaniya və Fransa tərəfindən təmin olunur.Mikronezya: Amerika Birləşmiş Ştatlarının qoruması altındadır.Qrenadada: 1983-ci ildə ABŞ işğalı ilə başlayan dövrdən bu yana ölkədə ordu olmayıb. Yalnız yerli təhlükəsizlik qüvvələri var.Kiribati: Kiçik ölkədə təhlükəsizlik üçün təkcə polis var. Ölkənin qorunması lazım olan bir vəziyyət ortaya çıxarsa, Yeni Zelandiya və Avstraliya ordusu hərəkətə keçəcək.Lixtenşteyn: 1868-ci ildə ölkədə ordu xərci çox olduğu üçün ləğv edilib. O gündən bu yana təhlükəsizliyi  İsveçrə tərəfindən təmin olunur.Marşal Adaları: Amerika Birləşmiş Ştatlarının qoruması altındadır.Nauru: Qeyri-rəsmi təmaslar nəticəsində təhlükəsizliyindən Avstraliya məsuliyyət daşıyır.Palau: Heç vaxt ordusu olmayıb. Amerikadan xüsusi birliklərlə razılaşıb. Ölkədə ədalət üçün çalışan 30 hüquqşünas var. Cinayət yox deyiləcək qədər azdır.Solomon Adaları: 1998-2006 illər arası etnik qarşıdurmalar yaşanması nəticəsində Avstraliya və digər Sakit Okean ölkələri araya girərək sülhü təmin edib. Ordusu yoxdur.Sent Lusiya: Ada ölkəsinin 116 nəfərlik polis təşkilatından başqa təhlükəsizliyi yoxdur.Sent Vinsent və Grenadines: İngilis ordusu ilə razılaşıb. Təhlükəsizliyini təmin edən 94 nəfər var.Samoa adası: 1962-ci ildə müstəqilliyini qazandıqdan bu yana ordusu yoxdur. Yeni Zelandiya ilə bir müqavilə bağlayıb. Buna görə orduya ehtiyacı olanda Samoanı Yeni Zelandiya ordusu qoruyacaq.Tuvalu: İngiltərədən 1978-ci ildə ayrıldıqdan sonr indiyədək ordusu yoxdur. Ölkədə yalnız kiçik bir polis təşkilatı var. Hazırladı: Zəhra 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler