Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Ordumuzun qış emeliyyatı tecrübesi var”

04 Eylül 2016

7:40 am


04/09/2016 [11:39]: xeber –
Dağlıq və yüksək dağlıq relyefə malik Qarabağın azad edilməsi üçün
mövsüm amilinə diqqət yetirməyin vcibliyi zaman-zaman bir sıra hərbi ekspertlər
tərəfindən müzakirəyə çıxarılıb. Belə ki, hərbi-siyasi mütəxəssislərin önəmli
bir qismi hesab edir ki, yaz-yay ayları Qarabağda hərbi əməliyyatlara başlamaq
üçün ən uğurlu vaxtdır. Onların fikrincə, Qarabağ kimi dağlıq relyevə malik ərazidə
qış mövsümündə müharibə aparmaq olduqca çətindir və bu, ordunun itkilərini əhəmiyyətli
dərəcədə artıra bilər.

Məsələ ilə bağlı sayt-a açıqlama verən hərbi ekspert Azad
İsazadə hər mövsümün özünə görə çətinlikləri olduğunu vurğuladı:

“Uğurlu hərbi əməliyyatları şərtləndirən meyarlar çoxdur və bunlardan
da biri iqlimdir. Yaz-yay mövsümü sözsüz ki, hərbi əməliyyat üçün daha
rahatdır. Amma başa düşməliyik ki, bu, müahribə aparan hər iki tərəf üçün
rahatdır. Əks-tərəf yaz-yay mövsümündə daha hazırlıqlı olur və daim zərbə gözləyir.

Azərbaycan ordusunun qış əməliyyatı təcrübəsi də var. Vaxtiylə
Horadiz qəsəbəsi, Füzulidəki 18 kənd qış əməliyyatları vaxtı azad olunub. Amma
sözsüz ki, qış vaxtı dağlıq zonada əməliyyat aparmaq daha müşküldür. Həm təchizat,
həm silah-sursat məsələsi, həm də istilik baxımından qış aylarında hərbi əməliyyat
aparmaq daha çətindir”.

 

Seymur Əliyev 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler