Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Ordumuza radikal qurumların ideoloji tesiri barede fikirler cefengdir”

03 Eylül 2016

12:24 pm


03/09/2016 [16:22]: xeber –
Kütləvi informasiya vasitələrində Türkiyə ordusunda baş verən son hadisələri Azərbaycan hərbçiləri ilə əlaqələndirməyə çalışmaq cəhdləri cəfəngiyatdır.Bunu sayt -a ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov deyib:Bu və ya digər radikal cərəyanların fəaliyyətinin Silahlı Qüvvələrimizə ideoloji təsir göstərməsi barədə deyilənlər əsassızdır. Şəxsi heyət arasında aparılan işin nəticəsində bunun üçün heç bir zəmin yoxdur. Bu məsələlər Ali Baş Komandanın və Müdafiə nazirliyi rəhbərliyinin ciddi nəzarəti altındadır.“Azadlıq” qəzetinin politoloq Elxan Şahinoğluna istinadən səsləndirdiyi iddiaların əksinə olaraq, əminliklə deyə bilərəm ki, Silahlı Qüvvələrdə aparılan ideoloji təbliğat işi, dövlətə, xalqa, Vətənə və Hərbi anda sadiqlik ənənələri Silahlı Qüvvələrimizi xarici və daxili radikal ideolji təsirlərdən hərtərəfli qorumağa imkan verir.Türkiyəli hərbi müəllimlər, təlimatçılar və mütəxəssislər isə, hələ 2000-ci illərdən ordumuzda çalışmır və fəaliyyət göstərmirlər.Türkiyədə və digər dövlətlərdə təhsil alan hərbi qulluqçularla həmin ölkələrdəki hərbi attaşelər, səfirliklərimiz vasitəsi ilə daima əlaqə saxlanılır və onların təhsilləri daim nəzarətdədir. Bu səbəbdən də azərbaycanlı hərbçilərin Türkiyədə baş verən son hadisələrdə iştirakının hallandırılması, sosial şəbəkələrdə və saytlarda müzakirə obyektinə çevrilməsi cəhdlərinin heç bir əsası yoxdur.Məncə bu kimi fikirlərin səsləndirilməsi Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə eləcə də, hər iki ölkənin maraqlarına uyğun olaraq inkişaf edən hərbi əməkdaşlığa xələl gətirmək məqsədi güdənlərin cəhdləridir. İnanıram ki, istənilən bu tip cəhdlərin, müdaxilənin qarşısı Azərbaycan və Türkiyə tərəfindən qətiyyətlə alınacaqdır.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler