Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Ordumuz düşmen müdafiesini yarır – TƏLİMLƏRDƏN VİDEO

28 Haziran 2016

7:24 pm


28/06/2016 [23:21]: xeber –
Təlimlərdə 25 min nəfərədək şəxsi heyət, 300-dən çox tank və zirehli döyüş maşınları iştirak edib.Azərbaycan Silahlı Qüvvələrinin 2016-cı il üçün hazırlıq planına uyğun olaraq iyunun 19-dan 24-dək qoşunların idarəetmə orqanları, eləcə də birlik, birləşmə və hərbi hissələrin iştirakı ilə operativ-taktiki təlimlər keçirilib.Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında keçirilən təlimlərə 25000 nəfərədək şəxsi heyət, 300-dən çox tank və zirehli döyüş maşını, 100-dən artıq raket və artilleriya qurğusu, 40-dək hərbi aviasiya və 30-dan çox hava hücumundan müdafiə sistemləri, Hərbi Dəniz Qüvvələrinin gəmi birləşməsi və Xüsusi Təyinatlı Qüvvələrin bölmələri cəlb olunub.Təlimlərin cəbhəboyu zonada və Naxçıvan Muxtar Respublikasında yerləşən poliqonlar, eləcə də Xəzər dənizinin Azərbaycan sektorunda keçirilib.Təlimlərin ssenarisinə əsasən düşmənin möhkəmləndirilmiş müdafiə xətti üç dalğadan ibarət atəş zərbəsi ilə yarılıb.Birinci mərhələdə şərti düşmənin mövqelərini quru qoşunlarının bütün növ artilleriyası və tankları vurub. Ardınca hərbi hava qüvvələri döyüşə girib və düşmənin müdafiə xəttindəki qüvvələrə, digər hədəflərə zərbələr endirib. Daha sonra yenidən artilleriya və tanklar işə düşüb. sayt Müdafiə Nazirliyinin rəsmi saytına istinadən Azərbaycan Silahlı Qüvvələrinin operativ-taktiki təlimlərinə həsr olunmuş videofilmi təqdim edir:




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler