Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Ordu milletin şexsiyyet vesiqesidir…

26 Haziran 2016

10:40 am


26/06/2016 [14:38]: xeber –
Bir millətin varlığı həm də onun Ordusuyla bilinir, hiss edilir və qəbul olunur.Ordu millətin şəxsiyyət vəsiqəsidir.Ordu millətin ümid yeridir.Ordu millətin qürur mənbəyidir.Ordu bizik ! Çünki hər bir əsgər, hər bir zabit saysız-hesabsız Azərbaycan ailələrini təmsil edir. Bu gün elə bir Azərbaycan ailəsi yoxdur ki, o ailədən ya bir əsgər, ya bir zabit, ya bir qazi, yadaki bir şəhid çıxmasın. Ona görə də Ordu bu millətin özüdür. Ordu bu millətin canıdır, qanıdır.Mən bu gün siyasi fəaliyyətlə məşğul oluram, DADP (Demokratik Azərbaycan Dünyası Partiyası) kimi böyük bir siyasi təşkilata rəhbərlik edirəm. Amma fəxr edirəm ki, mən də bir zamanlar Milli Ordunun əsgəri olmuşam, zabiti olmuşam !Mən əsgərləri, zabitləri müqəddəs varlıqlar hesab edirəm. Çünki bütöv bir millətin varlığı, bir ölkənin taleyi onlara əmanətdir. Allah insanı və milləti məhz əsgərə əmanət edir.Hərbi xidmət yeganə fəaliyyət növüdür ki, bu fəaliyyətin mahiyyətində, fəlsəfəsində şəhid olmaq məqamı da var. Başqa heç bir sahədə, heç bir işdə belə bir alın yazısı, belə bir qismət yoxdur. Nə həkimin, nə müəllimin, nədəki iş adamının alnına Vətən, Millət yolunda şəhid olmaqlıq , canını qurban verməklik yazılmayıb. Bu şərəfli yazı bir tək əsgərin, zabitin alnına yazılır. 2-5 Aprel Savaşında Qarabağ uğrunda şəhid olan qəhraman hərbçilərimiz də bu gün əsgər olmağın, zabit olmağın nə qədər məsuliyyətli və müqəddəs bir görəv olmasını bir daha hamıya nümayiş etdirdilər və həm də əsgərliyi, şəhidliyi hər kəsə sevdirdilər.Salam olsun sizlərə Azərbaycan əsgəri, Azərbaycan zabiti !Mən sizi həm öz adımdan, həm də bütün DADP-çilər adından 26 iyun Silahlı Qüvvələr günü münasibətilə təbrik edir və sizə Qələbə arzulayıram.Əlisahib HüseynovDemokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler