Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Ordu – media münasibetleri müzakire olundu

19 Ekim 2016

3:20 pm


19/10/2016 [19:19]: xeber –
Bu gün Müdafiə Nazirliyinin Təlim və Tədris Mərkəzində “Silahlı Qüvvələr və media: informasiya qarşıdurması şəraitində əlaqəli əməkdaşlıq fəaliyyəti” mövzusunda dəyirmi masa keçirilib.Mətbuat Şurasından  daxil olan məlumata görə, dəyirmi masanı giriş sözü ilə müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev açaraq bildirib ki, media ilə silahlı qüvvələrin daimi təmasda olması müharibə şəraitində yaşayan ölkə üçün son dərəcə önəmlidir. Bu, həm də onunla əsaslandırılır ki, hazırda müharibənin informasiya cəbhəsi daha çox aktual əhəmiyyət daşıyır. İnformasiya texnologiyalarının geniş vüsət aldığı dövrdə qarşı duran tərəflər fəaliyyətlərini əsasən medianın gücündən yararlanaraq qururlar.Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov rəhbərlik etdiyi qurumun Müdafiə Nazirliyi ilə birgə təşəbbüslərinin ənənə halını aldığına diqqət çəkib. MŞ sədri ordu-media əməkdaşlığının davamlılığına ehtiyacın duyulduğunu əsaslandırarkən bir neçə məqam barədə söz açıb.Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev bildirib ki, Milli Ordu quruculuğunun dərinləşməsi istiqamətində görülən işlərin, cəbhə xəttində yaşananların təqdimatı ilk növbədə peşəkarlığa söykənən fəaliyyət olmalıdır. O, müxtəlif internet informasiya ehtiyatlarının reytinq qazanmaq üçün cəbhə xəbərlərindən manipulyasiyaya yol vermələrinin yolverilməzliyindən bəhs edib.Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik Vaqif Dərgahlı cari ilin 10 ayı ərzində mediada Milli Ordu, eləcə də cəbhə xəttindəki vəziyyətlə bağlı yayılan informasiyaların xarakterik xüsusiyyətlərinə dair təhlillə çıxış edib. O, çıxışında həmçinin Müdafiə Nazirliyinin əlaqədar strukturlarında ümumən informasiya işinin müxtəlif cəhətlərinin təkmilləşdirilməsi istiqamətində görülən işlər barədə də geniş məlumat verib.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler