Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Ordu haqqında tehqir seslendirenler hebs edilmelidirmi?

12 Temmuz 2016

4:48 am


12/07/2016 [08:47]: xeber –
Qondarma
Donetsk respublikası rus sülhməramlıları haqqında təhqir səsləndirən şəxslərin
cəzalandırılmasını təmin etmək üçün qanunvericilikdə dəyişiklik edib. Belə ki,
bundan sonra rus ordusu haqqıdna təhqir səsləndirən şəxslər pul cəriməsindən
tutmuş 3 il müddətinə azadlıqdan məhrum ediləcək.

Azərbaycanda
da ordu haqqında təhqirləri önləmək üçün belə bir qanun layihəsinin gündəmə gətirilməsinə
ehtiyac varmı? Ordunun şərəf və nüfuzunu bu cür qanunlar hesabına qorumaq
lazımdırmı?

Bununla
bağlı sayt-a açıqlama verən “Hərbi Jurnalistlər” İctimai Birliyinin rəhbəri,
hərbi ekspert Üzeyir Cəfərov Azərbaycanın mövcud qanunvericilik bazasının kifayət
qədər mükəmməl olduğunu bildirdi:

“Mətbuat
cəmiyyətin güzgüsü olduğuna görə, mən hər zaman istər elektron, istərsə də
yazılı KİV-lərdə (qəzet və jurnallarda) istənilən mövzu ilə bağlı yalnız sağlam
tənqidin, ağıllı təkliflərin tərəfdarlarından biri olmuşam. Heç
vaxt təhqiri qəbul etməmişəm və hər zaman da bunun qatı əlehdarlarından
olmuşam. Və xüsusən də, Silahlı Qüvvələr ilə bağlı olan məsələlərdə bu həssas məqama
– təhqirə qarşı olmuşam və bu mövqeyim dəyişməz olaraq qalır.

Bu
günlərdə Ukraynanın Donetsk vilayətinin seperatçı qurumunda rus ordusu haqqında
təhqir səsləndirən şəxslərin cərimələnməsi və ya 3 il müddətinə azadlıqdan məhrum
edilməsi ilə bağlı qanun qəbul olmasını eşidəndə bir qədər təəccübləndim.
Əvvala, bu addım ona görə atılıb ki, məhz rus silahlılarının köməkliyi ilə bir
vaxtlar monolit Ukrayna dövləti çox qısa bir zaman kəsiyində demək olar ki,
böyük anarxiya və separatçılıq halları ilə üzləşdi. Ona
görə də, bu qondarma separatçı qurum öz havadarlarını bir növ minnətdarlıq
hissi kimi bu absurd qərarı qəbul edib. Bu, daha çox oyuncaq bir qurumun
daxilində müvəqqəti xarakter daşıyacaq qayda rolunu oynayacaq. O
“qanunun” Donetskdən kənarda heç bir nə hüquqi, nə də bir başqa qüvvəsi
olacaq. Azərbaycanda da bəzən ordu haqqında tənqidi təhqirlə səhv salan bəzi həmkarlarımız,
bəzi “oxucular”, “etibarlı mənbə” adı ilə bəzən yazılara
rast gəlmək olur. Doğrudur, belə səpkili yazıların sayı son illər xeyli azalsa
da, tam yox da deyil. Hesab edirəm ki, Azərbaycanda kifayət qədər güclü və
müasir tələblərə cavab verən qanunvericilik bazası mövcuddur ki, bu tip təhqiredici
ifadə işlədən şəxsləri məsuliyyətə cəlb etmək mümkündür.

Sonda
onu da qeyd edim ki, sağlam tənqid istənilən cəmiyyətin irəli getməsi üçün çox
vacib şərtlərdən biridir. Sadəcə ondan doğru və düzgün istifadə edilsə, bundan
hər kəs, xüsusən də rəhbər şəxslər, məmurlar yalnız faydalana bilər”.

 

Seymur
Əliyev




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler