Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Oqtay Şireliyev: “Çekisi 500 qramdan artıq olan körpelerin 40 faizi xilas edilir”

09 Temmuz 2016

8:20 am


09/07/2016 [12:16]: xeber –
“Azərbaycanda tibb işçilərinin səyi nəticəsində çəkisi 500 qramdan artıq olan bütün körpələrin təxminən 40%-ə qədərini xilas etmək mümkün olur”.Trend-in məlumatına görə, bunu səhiyyə naziri Oqtay Şirəliyev Səhiyyə Nazirliyində keçirilən kollegiya iclasında bildirib.Nazir qeyd edib ki, ana və uşaq sağlamlığı ilə bağlı ötən ildən etibarən beynəlxalq təşkilatların tövsiyələrinə uyğun olaraq diridoğulmanın yeni meyarlarına keçilib.Onun sözlərinə görə, əvvəllər çəkisi 1000 qramdan az olan uşaqlar diridoğulmuş kimi qeydiyyata alınmırdısa, indi kütləsi 500 qramdan artıq olan bütün körpələr diridoğulmuş sayılır və onlara tam həcmli tibbi yardım göstərilir: “Tibb işçilərinin səyi nəticəsində onların təxminən 40%-ə qədərini xilas etmək mümkün olur. Bu isə hətta Avropa üçün də çox yüksək göstəricidir”.O.Şirəliyev əlavə edib ki, ölkədə ana ölümü göstəricisi 34,2-dən 14,4-ə düşüb.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler