Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Oqtay Gülalıyev baresinde cinayet işi xetm olundu

23 Ekim 2016

1:36 pm


23/10/2016 [17:35]: xeber –
«Kür» Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru Oqtay Gülalıyev barəsində 4 il əvvəl başlanmış cinayət işinə xitam verilib.Bu barədə məlumatı Hökumət – Vətəndaş Dialoqu Platformasının koordinatoru, İctimai Birliklərin Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA) Koalisiyasının Şura üzvü Əlmməmməd Nuriyev verib.Ə.Nuriyevin sözlərinə görə dünən Sabirabad Rayon Polis Şöbəsinə dəvət olunan Oqtay Gülalıyevə bu barədə məlumat verilib.Xatırladaq ki, O.Gülalıyev 2012-ci il aprelin 8-də Sabirabadın Minbaşı kəndində saxlanılmış və inzibati qaydada 12 sutkalıq həbs cəzası almışdı. Ayın 19-da isə ona qarşı Cinayət Məcəlləsinin 220.2 (kütləvi iğtişaş) maddəsi ilə cinayət işi açılmışdı.Sabirabad Rayon Məhkəməsi O. Gülalıyev barəsində 2 ay həbs-qətimkan tədbiri seçmiş və o Bakıya – İstintaq Təcridxanasına göndərilmişdi. Amma 2012-ci ilin iyun ayının 13-də Sabirabad Rayon Məhkəməsi həbs-qətimkan tədbirinin ləğv olunması və Oqtay Gülalıyevin məhkəmə zalından azadlığa buraxılması barədə qərar vermişdi.Oqtay Gülalıyev eyni zamanda 2016-cı ildə İctimai Birliklərin Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA) Koalisiyasının Şura üzvü seçilib.(Virtualaz.org)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler