Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Onun kimiler etraflarında olan dindarları görerek qerar verirler”

21 Haziran 2016

11:32 am


21/06/2016 [15:30]: xeber –
Jurnalist Vüsal Məmmədovun saytlardan birinə verdiyi müsahibə cəmiyyətdə birmənalı qarşılanmayıb. Dini sərt formada tənqid edən Vüsal Məmmədov peyğəmbərlərin çoxunun yalan danışdığını bildirib və ilahiyyatçı Elşad Mirini neoislamçı adlandırıb.Elşad Miri sayt -a açıqlamasında Vüsal Məmmədovun fikrilərinə münasibət bildirib:“Vüsal Məmmədovun peyğəmbərlərin çoxu yalan danışıb deyimi konteksdən çıxarılıb. Müsahibənin içərisində o, deyir ki, İbrahim peyğəmbər Fironu aldadır, öz arvadının bacısı kimi təqdim edir. Yəni deyir ki, Tövrata görə, bəzi peyğəmbərlərin yalan danışdığı göstərilib. Vüsal və onun kimilər üzdə olan kitabları oxuyaraq, ətraflarında olan dindarları görərək qərar verirlər. O, özü də qeyd edib ki, Hənəfidir. Amma hənəfiliyi əvvəllər oxusaydı görərdi ki, bu təlimdə problemlər var. Orada göstərilir ki, namaz qılmayan insan həbsə atılmalıdır. Tövbə eləməsə öldürülməlidir. O, araşdırmadan qərar verir. Vüsalın müsbət yanaşdığım fikirləri də var. O, bəzi şeyləri səmimi şəkildə etiraf edir. Vüsal bildirir ki, hansısa alim desə ki, vəh var onda onun elimdən anlayışı yoxdur. İfadə onu göstərir ki, bu yarımçıq papaqçılıqdan başqa bir şey deyil. Vüsalın dinlə bağlı dediyi məsələlər Azərbaycandakı dindarlıqla bağlı olan məsələlərdir. Vüsalın tənqid etdiyi Allahın endirdiyi din yox, insanların uydurduğu dindir. İnsanların uydurduğu dinə baxıb kimlərinsə ateist, deist olması mümkündür. Dini elə həddə çatdırıblar ki, oradan nəsə öyrənmək, yaşamaq mümkün deyil. Bu gün Vüsalın məni neoislamçı adlandırmasının əsas səbəbi odur ki, mən onun din barədə dediklərinin islam dinində olmadığını dəlillərlə sübut edib insanlara çatdırıram.Vüal isə dini təhrif olunmuş formada görüb, insanlara da o formada çatdırır. Bu gün Azərbaycan dilində kimsə kimya kitabı oxusa kimya mütəxəsisi olmur ki. Bu gün atestlərin çoxu Axundovun kitablarını oxuyan zaman onun 70-80 faizini anlamaqda çətinlik çəkirlər. Bu tip problemlər yetərincədir. Mən Vüsalla oturub üzbə-üz söhbət edən zaman o, bildirmişdi ki, mən özümü ateist yox, deis adlandırıram. Vüsal kimi insanlar 24 il ərzində dini səhv başa düşüblər.”




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler