Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Onların hamısı son neferine kimi dar ağacından asılmalıdır”

22 Ağustos 2016

6:52 am


22/08/2016 [10:50]: xeber –

Türkiyənin Qazıantep şəhərində toy şənliyində baş verən terror zamanı
onlarla insanın həlak olması qardaş ölkə ilə yanaşı, Azərbaycanda da ciddi təəssüf
və qəzəbə səbəb olub. sayt-a açıqlamasında baş verən məlum olay, eləcə də son günlər Türkiyədə baş
verən digər terror aktlarına münasibət bildirən politoloq Qabil Hüseynli, Qazıantepdəki
olayın İŞİD terror təşkilatının əsl mahiyyətini ortaya qoyduğunu bildirdi və ona
qarşı amansızcasına mübarizə aparmağın vacibliyini vurğuladı:

“Qazıantep şəhərindəki toyda reallaşdırılan terror aktı İŞİD-in, bu
terror təşkilatına üzv olan insanların necə qroxunc və sivilizasiyadan kənar
insanlar olduğunu bir daha ortaya qoydu. Baş verən olay göstərdi ki, onlar hər
cür insanlıqdan məhrum olan adamlardır və onların hamısı son nəfərinə kimi dar
ağacından asılmalıdır. Çünki onların mövcudluğu insanlıq üçün təhlükədir. Onlar
öz əməlləri ilə İslam dinini də gözdən salır, bəzi insanlarda İslamla bağlı
yanlış fikirlərin yaranmasına səbəb olurlar. Hesab edirəm ki, Qazıantep terroru
İŞİD-ə qarşı amansız mübarizə aparmağın zəruriliyini bir daha sübut etmiş
oldu”.

 

Seymur Əliyev

 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler