Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Onların ekseriyyeti kürd adı altında gizlenmiş ermenilerdir”

07 Kasım 2016

8:48 am


07/11/2016 [12:47]: xeber –
“Bu yüz ildir
davam edən planın gerçəkləşdirilməsi-Türkiyənin bölünməsi planıdır. Osmanlını
böldülər,
Osmanlı dönəmində hüzur və rifah içində yaşayan xalqları, onların ölkələrinin sərvətlərini  sömürdülər. İndi növbəti mərhələyə qədəm qoyublar. Türk torpaqları olan
Mosul, Kərkük ve Hələb üzərində müharibə gedir”. Bu sözləri
sayta politoloq Aqil Səmədbəyli son günlər Türkiyədə və Türkiyə ətrafında
baş verən prosesləri şərh edərkən bildirib.  Aqil Səmədbəyli
deyib ki, bu bölgə enerji ilə zəngin bir bölgədir və dava da ilkin olaraq bunun
davasıdır: “Bundan başqa bu bölgə strateji cəhətdən çox önəmlidir. Türkiyə də
bir dövlət olaraq öz mənafeyini müdafiə etmək məcburiyətindədir. İndi Türkiyə
içəridə və dışarıda kiçik çaplı müharibənin içindədir. Türkiyə içindəki xainlərdən,
Türkiyəni bölmək istəyən güclərin içəridəki uzantılarından təmizləmə sürəcindədir.
Bu sürəcdə hər kim olur-olsun, cəzasını çəkməlidir. İndi xaricdə ona görə
narahat olublar, ona görə haray-həşir salıblar ki, onların Türkiyənin içindəki
gücləri zəifləyir, sıradan çıxır. Terrora dəstək verən hər kim olur-olsun Vətən
xainidir. Vətən xainlərini zərərsizləşdirmək hər dövlətin başlıca vəzifəsidir. Həbs
olunanlar millət vəkili olduğu üçün deyil, terrora açıq dəstək verdikləri üçün
həbs olunublar. Gec də olsa çox düzgün qərardır. Onların bu günə qədər
azadlıqda gəzməsi təəccüblüydü. Bu mənada Türkiyə dünyanın ən demokrat ölkəsidir.
Siz təsəvvür edirsinizmi ki, ABŞ-da, İngiltərədə, Fransada, Rusiyada və ya
İranda bir partiyanın rəsmi təmsilçiləri, millət vəkilləri təmsil etdikləri ölkənin
bölünməsinə çalışan, insanları qətlə yetirən bir terror təşkilatına dəstək verəcək
və fəaliyətinə davam edəcək!!! Sizcə bu mümkündürmü?! Bu insanları həmin gün Vətənə
xəyanət ittihamı ilə ən ağır cəzaya məhkum edərlər”. Aqil Səmədbəyli
hesab edir ki, bütün bunları nəzərə alaraq Türkiyədə davam etməkdə olan
antiterror sürəcinə tam dəstək vermək lazımdır: “Demokratiya sevənlər anlamalıdırlar
ki, dövlətin olmadığı yerde demokratiya da olmur. Ona görə də öncə dövlətin güvənliyi
təminat altına alınmalıdır! Bir şeyi unutmayın-HDP-nin rəhbərliyində olanların əksəriyyəti
kürd adı altında gizlənmiş ermənilərdir”. 

Rəşad


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler