Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Onların bir çoxunun ağlı, zekası, ve fiziki sağlamlığı bizden de yaxşıdır”

04 Ekim 2016

10:32 am


04/10/2016 [14:30]: xeber –
“Hər kəs onların dünyasının “siyah”(qara)olduğunu düşünəndə onlar mübarizə apararaq siyahdan qurtuluşu bulmaq üçün çalışdılar gecə-gündüz. Və Azər gözləri görməsə də əksər sağlamlardan daha çox bal, 530 bal toplayaraq daxil olmuşdu Bakı Dövlət Universitetinin tarix fakultəsinə və 2 il əvvəl universiteti bitirib. Amma bu günə qədər özünə iş tapa bilmir bu istedadlı gəncimiz.Azərlə geniş söhbət etdik. Çox istedadlı bir gəncdir və işləmək, özünə, ailəsinə, cəmiyyətə faydalı olmaq istəyir. Ən əsası isə yüzlərlə görmə imkanı olmayan gənclərə örnək olaraq “gözləriniz görməsə də sizin dünyanız siyah olmaya bilər və siz də mənim kimi öz dünyanızı daha rəngli və daha gözəl edə bilərsiniz” deyə onlara stimul, mənəvi dayaq olmaq istəyir. Bu cür gənc örnəklərə böyük entiyacımız var. Görmə qabuliyyəti olmayan insanlara yanaşmamızı dəyişməliyik. Onların bir çoxunun ağlı, zəkası, istedadı və fiziki sağlamlığı bizdən də yaxşıdır və görmə qabiliyyətlərinin olmaması onlara əngəl olmamalıdır. Milli Məclisdə də qaldırdım bu məsələni. Ümid edirəm ki Azər kimi görmə qabiliyyəti olmayan 1-ci qrup əlillər universitetlərdə ödənişli ali təhsildən azad olacaqlar. Ümid edirəm ki dövlətimiz bunu edəcək və bu cür gənclərimizin təhsilinə gözəl bir dəstək addımı olacaq. Eyni zamanda onların işlə təminatı məsələsinə də diqqətimizi artırmalıyıq. Azər bəylə bağlı bu gün Təhsil naziri Mikayıl Cabbarova və Əmək və Əhalinin Sosial müdafiəsi naziri Səlim Müslümova millət vəkili olaraq xahiş müraciət məktubu göndərdim. Ümid edirəm ki Azərin məsələsinə həssaslıq və diqqətlə yanaşılacaq və qısa zamanda işlə təmin olunacaq. Azərin buna çox ehtiyacı var. istər maddi istərsə də mənəvi. Dəyərli dostum Azərə həyatda hər zaman böyük uğurlar diləyirəm. Allah hər zaman yardımçısı olsun! İnanırıq ki o cəmiyyətimiz üçün gözəl aydınlardan biri olacaq. Azərin bütün müəllimlərinə, Kamran Əsədov müəllimə xüsusilə və hər zaman yanında olan,onu dəstəkləyən dəyərli ailəsinə təşəkkürlər”Qənirə Paşayeva, millət vəkili


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler