Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Onlar ümidle geldikleri “Ümid Yeri”ni unutmurlar…

12 Ağustos 2016

6:08 pm


12/08/2016 [22:07]: xeber –
Bu gün “Ümid Yeri” Uşaq Sığınacağının Binə qəsəbəsindəki təsislərində oldum, uşaqların alnından öpdüm, onların məhəbbətlə “Nigar Ana” dedikləri Nigar Mənsimli ilə söhbət etdim, Şamaxı xatirələrimi paylaşdım. Məni məmnun edən, qəlbimə rahatlıq gətirən o oldu ki, uşaqlar artıq məni tanıyırlar, “Məzahir baba” deyirlər, hər görəndə nəvələrim Məryəmi, Mədinəni soruşurlar.Şamaxıya ötən həftə getmişdim. “Ümid Yeri”nin balaca sakinləri də öz müəllimələri Ofelya Həsənli ilə birgə Çuxuryurdda idilər. Nigar Ana havaların isti keçməsini nəzərə alıb balacalar üçün gözəl düşərgə açmışdı. Burada uşaqlar üçün hər cür şərait yaradılmışdı. Yaşıllıqlar qoynunda yelləncəkdə yellənən kim, ağacların budaqlarından sallanan kim, futbol, voleybol oynayan kim…Qalanan ocaq, tüstüləyən samovar bu gözəl mənzərəni tamamlayırdı. İlk baxışdan adama elə gəlirdi ki, səs – küyü düşərgəni bürümüş bu uşaqlardan xoşbəxti yoxdur Yer üzündə…Amma bu, həqiqətən beləydimi? Bax, mətbəxdə aşpaza kömək eləyən o qızı iki il əvvəl polislər kağız qutunun içindən tapıb “Ümid Yeri”nə gətiriblər. Nə atasını xatırlayır, nə də anasını. Sənədləri də yoxdur. Adını da Nigar Ana qoyub…Bax, topla sehrbazlıq edən o oğlan maşın təkəri qaraldırmış, gecələr harada gəldi yatırmış, duranda da görürmüş ki, qazandığı qəpik – quruşu o biri oğlanlar oğurlayıblar…Bu saçı belinə düşən gözəl qız isə dilənçilik edirmiş…Məni heyrətləndirən bilirsiniz nədir? İllərlə nəvaziş görməyən, hamamda çimməkləri bir yana, əl – üzlərini belə yumayan, ayaqqabısının bir tayı o biri tayına bənzəməyən, müxtəlif xəstəliklərə yoluxan uşaqlar bu gün məndən…şeir, nağıl istəyirlər! Onlar tamam başqa mühitə düşüblər, yazmağı, oxumağı öyrəniblər, geyim – kecim, yemək – içmək problemləri yoxdur. Hətta sonradan valideynləri tapılan oğlanlar, qızlar evlərinə getmək istəmirlər, qaçıb Nigar Anaya sığınırlar. İndiyədək beş mindən artıq uşağın taleyi bu yaxınlarda 20 illiyini qeyd edəcək “Ümid Yeri”ndən keçib. Burada böyüyüb ailə quranlar, əskər gedənlər, Vətənə layiq övlad kimi müxtəlif sahələrdə çalışanlar öz doğma ocaqlarını – ümidlə gəldikləri “Ümid Yeri”ni unutmurlar…Uşaqlar Məryəmi, Mədinəni görən kimi tanıdılar. “Məzahir baba gəldi” deyib mənə tərəf qaçdılar. Müəllimələri Ofelya Həsənlinin işarəsi ilə bizi – Bakıdan gəlmiş qonaqları dövrəyə aldılar. Aynurə, Əfsanə, Ayxan, Elməddin, Çinarə, Nazilə, Leyla, İnarə, Tərlan şeirlər söylədilər, mahnılar oxudular, Məryəmlə Mədinənin əlindən yapışıb rəqs elədilər. Ofeliya müəllimə söylədi ki, bu mahnıları, rəqsləri uşaqlara tərbiyəçiləri Vüsalə Sadıqova, Əsmər Tağıyeva, Aliyə Quliyeva öyrədib…Uşaqlarla süfrə başında əyləşib çay içməyin, deyib – gülməyin, birlikdə Azərbaycanın Dövlət Himnini oxumağın ayrı ləzzəti var!..”Ümid Yeri”nin balaca sakinləri həmişə qonaqlı – qaralıdır. Müxtəlif təşkilatların nümayəndələri, xeyriyyəçilər tez – tez balacaların qapısını döyür, onların qayğıları ilə maraqlanır. Nigar Mənsimli onların adlarını minnətdarlıq hissilə çəkdi, amma məndən xahiş etdi ki, bu barədə söhbət açmayım. Çünki, insanlar bu xeyirxahlığı reklam xatirinə eləmirlər, sadəcə, qəlblərinin hökmü ilə savab iş görürlər…Məzahir Süleymanzadə


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler