Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Onlar indi haradadırlar? – Mühacirlerimizin yaşayan varisleri

26 Eylül 2016

8:28 am


26/09/2016 [12:26]: xeber –
XX əsrdə Azərbaycan tarixinə adlarını yazdıran bir çox şəxslərin övladları, nəvə-nəticələri, ümumiyyətlə, nəsil-şəcərəsi hazırda Türkiyə, Rusiya və Avropada yaşamaqdadırlar. sayt saytı onlardan bəzilərini təqdim edir:Məhəmməd Əmin Rəsulzadə- Azərbaycan Xalq Cümhuriyyətinin liderlərindən olan Rəsulzadə məlum səbəblərdən ölkəni tərk edərək, xaricdə yaşayan zaman Vanda (Leyla) adlı polyak xanımla evlənsə də, ondan heç bir övladı olmur. Buradakı ailəsi isə sürgün olunub. Hazırda Rəsulzadənin xaricdə heç bir övladı və nəvəsi yaşamır. Kiçik oğlu Azər Bakıya gəlmək həsrəti ilə yaşasa da, ömrünə Türkiyədə vida deyib. Dahi şəxsiyyətin hazırda cəmi bir nəvəsi – rəssam Rəis Rəsulzadə onun nəsil şəcərəsini davam etdirir.Ceyhun Hacıbəyli: Çox gənc yaşında Azərbaycan Xalq Cümhuriyyətini tanıtmaq üçün Parisə gedən və AXC üqut etdiyindən vətənə qayıda bilməyən Ceyhun Hacıbəyli sonradan böyük çətinliklə həyat yoldaşı Zöhrə xanımı 2 yaşlı körpə oğlunu Parisə aparıb. Hazırda C. Hacıbəylinin Klement Hacıbəyli adında nəvəsi Avropada yaşayır. Nəsib bəy Yuifbəyli: Azərbaycan Xalq Cümhuriyyətinin baş naziri olan Nəsib bəy Yusifbəylinin və Şəfiqə xanım Qaspiralının ailə üzvləri də hazırda qürbət diyarlarda yaşamaqdadırlar. Nəvələrindən Şaiqə Qaspiralı Ankarada, Nəsib Qaspiralı isə İzmirdə yaşayır.Qeyd edək ki, Şaiqə və Nəsib türkçülüyün ilk qaranquşlarından olan İsmayıl bəy Qaspiralının nəticələridirlər.Almas İldırım: Nakam taleli şairlərimizdən olan Almas İldırım Eldəgəz və Yurdavar adlı oğullarını eyni gündə dəfn edib. A.İldırımın 6 oğlu olub, 4-cü oğlu Araz Almasın gözəl şeirləri vardı, rəhmətə gedib. O, 1991-ci ildə Bakıya gələrkən qəflətən ürəyi dayanıb və Şüvəlanda basdırılıb. Azər adlı böyük oğlunun hazırda sağ olduğu deyilir. Azərin oğlu Bakı-Tbilisi-Ceyhan neft kəmərinin inşasında mühəndis kimi çalışıb.Nağı bəy Şeyxzamanov: Azərbaycan Xalq Cümhuriyyətinin əsas simalarından olan, Əksinqilabla Mübarizə Komitəsinin sədri Nağı bəy Şeyzamanovun nəvəsi məşhur Tomris Azəri hazırda Amerika Azərbaycanlıları Konqresinin sədridir, okeanın o tayında yaşayır. Nağı bəy Şeyxzamanlının başqa bir nəvəsi Yavuz Şeyxzamanlı isə İstanbulda yaşayır.Əhməd bəy Ağaoğlu: “Difai” Partiyasının qurucusu olan maarifçi Əhməd bəy Ağaoğlunun nəvəsi Tekdaş isə kommunistdir. O hətta babasına aid olan nadir şəkilləri bukinistə çox ucuz qiymətə satıb. Əli bəy Hüseynzadə: Ağaoğlunun məsləkdaşı Əli bəy Hüseynzadənin kiçik qızı Feyzavər hazırda Türkiyədə yaşayır.Əlimərdan bəy Topçubaşovun da varisləri var. Nəvəsi Züleyxa Kürdəmir babası və ana babası Həsən bəy Zərdabinin təbliği istiqamətində bir xeyli işlər görüb”.Elmin Nuri


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler