Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Onlar bundan sonra da dövletin diqqet merkezinde olacaqlar”

12 Ekim 2016

9:56 am


12/10/2016 [13:52]: xeber –
Prezident İlham Əliyevin 11 oktyabr 2016-cı il tarixli fərmanına əsasən
milli qəhrəman və onların ailə üzvlərinə verilən prezidentin aylıq təqaüdün məbləği
iki dəfə artırılaraq 1300 manat məbləğində qərarlaşıb.

Məlum yeniliklə bağlı sayt-a açıqlama verən millət vəkili
Aydın Mirzəzadə bunu dövlətin milli qəhrəmanlara və onarın ailə üzvlərinə göstərdiyi
xüsusi diqqətin bir nümunəsi kimi dəyərləndirib:

“Cəmiyyətin bütün təbəqələri dövlətin diqqəti, qayğısı altındadır. Büdcə
ehtiyatı artdıqca sosial müdafiəyə ehtiyacı olan insanlar qrupuna ayrılan
müavinətlər də artır. Bunların içərisində Milli Qəhrəman adını daşıyan şəxslər
və ya onların ailə üzvləri də var. Onların dövlət tərəfindən himayəsinə xüsusi
olaraq diqqət yetirilir. Bu şəxslərlə bağlı müavinətlərin əhəmiyyətli dərəcədə
artması göstərir ki, bu insanlar dövlətin daim diqqət mərkəzindədir və bundan
sonra da diqqət mərkəzində olacaq”.

 

Seymur Əliyev 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler