Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Onlar bu dünyanın şahid ezalardır… Ferid Hüseyn

02 Ağustos 2016

6:16 pm


02/08/2016 [22:13]: xeber –
sayt – ın əməkdaşının şair və yazıçılarla bağlı start verdiyi indiki vaxtda “Nə düşünürsünüz?” rubrikasının ilk qonağı yazıçı Fərid Hüseyn olub. Fərid Hüseyn nə düşündüyünü oxucularla bölüşüb….tarix haqqında düşünürəm. Ən adi şeylərin də unudulmaması, bir dəftərin qırağında, bir kağız parçasında yaşaması, qəzetlərə, yazılara hopan yaddaşlar, xatirələr haqqında düşünürəm… Necə ki, deyirlər: Axirətdə insan əzaları ona şahid olacaq, inkara yer qalmayacaq… Bax bu dünyada da bizə, yaşayışımıza, göz qoyan, həqiqəti bilən, yalanları çeynə-tüpür eləməyən vicdan sahibləri var… Onları düşünürəm… Onlar bu dünyanın şahid əzalardır… Elə bilirəm, biz onların nəzarətində yaşamağımızın fərqində olmalıyıq. Onların gözünün qarşısında, şahidliyi ilə yaşamaq məsuliyyətdir, çətindir…İki misal çəkim:1. Muğam bilicisinin, böyük sənətkarın qarşısında oxuyan gənc xanəndələri görmüsünüzmü, harda səhv etdiyini bilən kimi o saat sınır, çünki o həmin səhvin qarşı tərəfdən, müəllimin, ustadın gözüylə daha qabarıq göründüyünü anlayır… Təmiz insanlar da vicdan ustalarıdır, vicdan xiridarlarıdır onların qarşısında pis əməllərimiz necə böyük görünür… Özümüzü pak insanların nəzarətində hiss etsək çox yaxşı olar…2. Biləndə ki, haradasa kamera var özünü yığışdırırsan, hərəkətlərini sahmana salırsan, səhv, yersiz danışmaqdan geri durursan, ancaq hər şeyi görən Allah qarşısında bir sıra insanlar bir ömür necə arsız, həyasız yaşaya bilir… Başını qaldırmaq yadına düşmür…Belə… Mən indi, İlahi nəzarətdə və vicdanlı insanların gözü qarşısında yaşamağımız haqqında düşünürəm…


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler