Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Onlar ana adını daşımağa layiq deyil”

05 Ağustos 2016

12:00 pm


05/08/2016 [15:58]: xeber –
Millət
vəkili Qənirə Paşayeva sayt-a açıqlamasında 6 yaşlı Ramilə
Abdulxalıqovanın anasının sevgilisi tərəfindən döyülərək öldürülməsi və məlum
faktın uşağın anası tərəfindən gizlədilməsi gerçəyinə münasibət bildirib.
Q.Paşayeva baş verən bu olayı cəmiyyət üçün olduqca qorxulu hal kimi xarakterizə
edib və bu cür şəxslərin ana adını daşımağa haqqı olmadığını bildirib:

“İnsan
sadəcə dəhşətə gəlir. Bu mənəviyyatın sahibi insanlar harda böyüyür, harda tərbiyə
alırlar görəsən.6 yaşlı uşağı döyüb öldürürlər.Ana da gizlədir. Bəlkə kimsə məni
qınayacaq, amma beləsinin
analıq hüquqlarını əlindən almaq lazımdır. Belələri ana adına sadəcə ləkə gətirir.
6 yaşlı döyülərək öldürülən övladının ölüm səbəbini, cinayəti gizlədən birinin
ana adını daşımağa nə qədər mənəvi haqqı ola bilər? Allah belələrinin
artmasından cəmiyyətimizi qorusun”.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler