Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Önemli olan yazarın kişi yaxud qadın olması deyil…”

Genel 18 Haziran 2016

4:32 pm


18/06/2016 [20:29]: xeber –
Tənqidçi, ədəbiyyatşünas Tehran Əlişanoğlunun məşhur bir el misalını bir az yumuşaldıb və “çeşidləyərək”, “selbəni atırsan, qadın yazarlara dəyir” deməsi əks cinsin nümayəndələrini qəzəbləndirməklə bərabər, həm də onu ayrı-seçkilikdə qınadılar. Müsahiblərimiz T.Əlişanoğlunu həm gender bərabərliyini pozmaqda, həm də ətrafında olan, şəxsən tanıdığı (söhbət yaşayanlardan gedir) yazar qadınları onlardan fərqləndirməkdə suçladılar.T. Əlişanoğlu ədəbi arenada sıradan biri olmadığı üçün, onun ittiham yüklü fikirləri bizim də diqqətimizi cəlb etdi. T. Əlişanoğlunun statusuna münasibət bildirən xanım yazarların fikirlərini oxuculara təqdim edirik. Tehran ƏlişanoğluXatırlatma: T. Əlişanoğlunun öz “facebook” səhifəsində paylaşdığı statusu: “Belə. Azərbaycan ədəbiyyatında qadın hərəkatı. birinci dalğa – bolşevizm: n.rəfibəyli, m.dilbazi… İkinci dalğa – modernizm: a.məsud, s.oğuz… üçüncü dalğa – feminizm: n.kamal, g.mövlud, s.pərvanə (elsevər)… və mabədi – boşluqdan doğulanlar: s.çılğın, rəbiqə, e.eyvazlı, h.şəfaqət… Sonrası kütləvilik gəlir: Yaradıcılıq fakültəsində selbəni atırsan, qadın yazara dəyir…”“Qərəzli mövqeydən əl çəkmək lazımdır. Dostluq,  tanışlıq, maddi maraq bütün bunların kökündə dayanır.”Vəfa Mürsəlqızı, şair: Vəfa Mürsəlqızı “Tehran Əlişanoğlunun bu ifadəsi ilə təbii ki, bir qadın yazar kimi razı deyiləm. Bu gün ədəbiyyatımızda təkcə qadın yazıçı problemi yox, ümumiyyətlə yazıçı problemi mövcuddur. Bu dəqiqə ədəbiyyatımızda xaotik bir sıxlıq mövcuddur. Ədəbiyyatı mərhələlərə bölmək, məncə, bir o qədər də doğru yanaşma deyil. Hər yazıçının öz oxucusu və səviyyəsi var. Digər tərəfdən,  Nigar Rəfibəylinin və Mirvarid Dilbazinin adı ilə yanaşı, zənnimcə, Əzizə Cəfərzadə, Ələviyyə Babayevanın da adını çəkməmək günah olardı. Ən azından, Nigar xanım, Mirvarid xanım, Əzizə xanım, Ələviyyə xanım ədəbiyyatın poetikliyinə və əxlaq normalarına riayət ediblər. Hansını ki, Sevinc Pərvanədə, Günel Mövludda görə bilmədik. Xanımlarla bağlı Tehran bəylə bir məqamda çox razıyam. Bu gün ədəbi cameədə səviyyəsini, çəkisini, qoruya bilən yazar xanımlar çox deyil. Şou xarakterli davranışı, ədəbiyyata az dəxli olan fəaliyyəti ilə yadda qalmağa çalışan qadınlar təəssüf ki, qadın yazar adını xeyli bəsitləşdirib. Fəqət, xalqın gözü tərəzidir. Tehran bəyin adını sadaladığı xanım yazarların bəzilərinin yaradıcılığı qətiyyən mənim zövqümdə deyil, lakin həqiqətən yaradıcılığına hörmətlə yanaşdıqlarım da var. Yazıçı qadınların adlarının bu kiçicik siyahı ilə məhdudlanması məndə təəssüf hissi doğurur. Anladığım qədərincə, Tehran bəy öz tanıdığı xanım yazarları sadalayıb və yəqin ki, bu siyahını zamanla genişləndirəcək .Yaradıcılıq fakültəsinin fəaliyyətindən bəzi məqamlarda mən də razı deylidim. Fəqət, son illərdəki fəaliyyətini qənaətbəxş hesab etmək olar. O ki, qaldı “Selbə” məsələsinə, bu bir qədər kobud yanaşmadır. Xanımlar haqqında daha fərqli şəkildə fikir bildirmək olardı. Qadın yazıçıların çoxluğuna gəldikdə isə, mənim fikrimcə, Tehran bəy ucdantutma hər kəsə yazıçı deməkdə xətaya yol verib. Öz duyğularını ifadə etməkdə hamı azaddır və bunun qarşısını ancaq özümüz ala bilərik. Bu fikirin kökündə həqiqət dursa da, bu çözüm deyil. Bu seçimi saytlar, mətbuat orqanları, televiziya və radio aparmalıdır. Hamı yaza bilər, amma hamısı çap olunmamalıdır. Bu gün saytlarda, elə sayıqlamalara yer ayrılır ki, televiziyada elə səviyyəsiz insanlar yazıçı və şair kimi təqdim olunur ki, həqiqətən də ədəbiyyatdan incik düşürsən. Azərbaycan Yazıçılar Birliyində də, Yaradıcılıq fakültəsində də, başqa toplumlarda da istedadlı yazarlar var. Qərəzli mövqeydən əl çəkmək lazımdır. Dostluq,  tanışlıq, maddi maraq bütün bunların kökündə dayanır. Buna son qoymağın yeganə yolu obyektiv yanaşmadır.” “Bütün söz oyunları da həmin imzaların başında fırlanır”Xəyalə Sevil, şair: Xəyalə Sevil“İndi müəyyən qədər tanınmış, söz sahibi olan adamlar sadəcə bir qədər üzdə olan imzaları oxuyurlar. Bütün söz oyunları da həmin imzaların başında fırlanır, amma tanımaq üçün oxumaq lazımdı. Bunu tək Tehran müəllim üçün demirəm. Bilirsiz, mən həmişə qalmaqaldan uzaq olmuşam. Ancaq deyim ki, istedad Allah vergisidir, onu qəbul etmək çətin olsa, inkar etmək üçün də heç bir əsas gətirmək olmur. Qadınların çoxluq təşkil etməyi də məni ancaq sevindirə bilər. Çünki tarixə nəzər salsaq qadın şairlər, yazıçılar və ümumiyyətlə, qadın ziyalilar kişilərlə müqaisədə azdır. Qoy bizim dövrun tarixində də qadinlar çox olsun. Bunun nəyi pisdi ki?!” “Mən bu bölgüyə aid edilən yazarların ədəbiyyatını ciddi hesab etmirəm”Arzu Hüseyn, şair: Arzu Hüseyn“Azərbaycan ədəbiyyatı kifayət qədər sözünü demiş və öz üslubunu tapmış bir ədəbiyyatdır, bu ədəbiyyatı feminizm kimi cəfəng bir qola ayırmaq özü bir yalnışlıqdır. Mən bu bölgüyə aid edilən yazarların ədəbiyyatını ciddi hesab etmirəm və o yazarları klassiklərlə bir arada müqaisə belə etmək istəmirəm. Modernizm və bolşevizmə gəldikdə isə, dövr dəyişdikcə insan təfəkkürü də fərqli formada dəyişir. Təbii ki, ədəbiyyat adamlarının əsərlərində bu dəyişiklik öz yerini tapır. Önəmli olan yazarın kişi yaxud qadın olması deyil, nə də yazdığının bolşevizm, modernizm üslübü da deyil, önəmli olan təqdim olunan nəticədir. Ədəbiyyat zamanın dəbinə uyğun olaraq hansı formaları alırsa alsın, ədəbiyyat olaraq qalmalıdır. Yəni öz kökü, məqsədi dəyişməməlidir. O ki qaldı Tehran Əlişanoglunun fikirlərinə, sadaladığı yazar xanımlar mövcud ədəbiyyatımızın təməli, nə də gələcəyi deyil. Yetəri qədər savadlı və istedadlı yazar xanımlarımız var ki, sabahın ədəbiyyatını yaratmaqdadırlar. Nə atılan selbələr onlara dəymir, nə də kimlərinsə görməzdən gəlməsi. Önəmli olan nəticədir ki, bunu zaman göstərəcək.” Namiq Dəlidağlı




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler