Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Ona Alının ailesi adından minnetdarlıq edirem…”

27 Eylül 2016

12:32 pm


27/09/2016 [16:28]: xeber –
 “Qarakənd” faciəsində həyatını itirmiş mərhum telejurnalist, Azərbaycanın Milli Qəhrəmanı Alı Mustafayevin həyat yoldaşı Lalə Mustafayeva Qazax rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşova təşəkkür ünvanlayıb. Lalə Mustafayevanın təşəkkürünü olduğu kimi diqqətinizə çatdırırıq: “Mən Mustafayeva Lalə Azərbaycanın Milli Qəhrəmanı Alı Mustafayevin həyat yoldaşıyam. Bu gün Alının anası Şəhzadə xanımın ölümünün birinci ildönümüdür. Hazırda Qazax rayonunun Qazaxbəyli kəndindəyəm. Özüm bakılı qızıyam. 1982-ci ildən, evliliyimdən sonra, demək olar ki, hər il bu rayona gəlib gedirəm. Hər səfərimdə eyni mənzərə ilə qarşılaşırdım. Kənddə içməli suyun olmaması kənd sakinlərinin uzaq məsafədən su daşımalarına səbəb olurdu. Bu gəlişmədə isə fərqli bir abu-hava ilə qarşılaşdım. Yeni təyin olunmuş icra başçısının fəaliyyəti daha ilk andan diqqəti cəlb edir. Qazaxbəyli kəndinə çəkilən su evlərə şənlik gətirib, əhalinin yaşam şəraitini daha da yaxşılaşdırıb. Kənddə mərasimə gələn hər kəs başçının fəaliyyətindən danışır. Bütün kənd sakinləri adından, Alının ailəsi adından, şəxsən öz adımdan Qazax Rayonu İcra Hakimiyyətinin başçısına gördüyü diqqətəlayiq fəaliyyətinə görə sonsuz təşəkkürlərimizi və minnətdarlığımızı bildiririk. Hörmətlə: Mustafayevlər ailəsi” 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler