Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Ömürlük mehbuslarla bağlı Deyirmi Masa keçirilecek

26 Ağustos 2016

8:52 am


26/08/2016 [12:49]: xeber –
sayt xəbər verir
ki, Ömürlük Məhbusların Hüquqlarını Müdafiə Komitəsinin növbəti iclasında məhbusların
şikayətlərinə baxılıb, bir sıra məsələlərin ictimailəşdirilməsi, ölkə rəhbərliyinin
diqqətinə çatdırılması qərara alınıb. İclasda ömürlük həbs cəzalarının müddətli
həbslə əvəz olunması məsələsi xüsusi olaraq müzakirə edilib. Qarabağ Azadlıq Təşkilatının
(QAT) sədri, Ömürlük Məhbusların Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Akif
Nağı bildirib:

 “Bu məsələ çox aktualdır, dünyanın bir çox ölkəsində
ömürlük həbs cəzası yoxdur, ya da bu cəza növü çox nadir hallarda tətbiq
olunur. Əksər ölkələrdə 15-20 il arasında müddətli həbs cəzası tətbiq olunur.
Bizdə isə ömürlük həbs cəzası adi hala çevrilib, elə hallar var ki, bir nəfərin
ölümünə görə bir neçə nəfərə bu cür ağır həbs cəzası verilib. Bütün bunlar cəmiyyətdə
narazılıq yaradır, haqq-ədalətə inamı öldürür”.

İclasda Komitənin üzvlərindən
Müslimat Rzaxanova, Minayə Quliyeva, Təranə Məmmədova, Rafiq Pənahpur, Akif
Qurbanov, Gülara Saniyeva, Məhluqə Nurəliyeva, Südabə Əlixanova və digərləri
çıxış edərək təkliflərini veriblər. Sonda sentyabrın əvvəlində ömürlük məhbuslarla
bağlı geniş tərkibli Dəyirmi Masanın keçirilməsi, qaldırılan məsələlərlə bağlı
dövlət başçısına müraciət olunması qərara alınıb.

 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler