Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Ömürlük mehbus damarlarını doğrayıb

01 Temmuz 2016

7:28 am


01/07/2016 [11:27]: xeber –
sayt xəbər verir ki, Ömürlük Məhbusların Hüquqlarını Müdafiə
Komitəsinin növbəti iclası keçirilib. Komitənin rəhbəri, Qarabağ Azadlıq
Təşkilatının (QAT) sədri Akif Nağı bildirib ki, biz ötən həftə ömürlük
məhbuslarla bağlı Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban
xanım Əliyevaya müraciət etmişik, cavab gözləyirik: “Biz beynəlxalq qurumlara
müraciət etmək istəmirik, bütün problemlərin öz ölkəmizin daxilində həll
olunmasına tərəfdarıq, öz ölkəmizdə haqq-ədalət sistemi bərqərar olmalıdır və
olacağına da inanırıq. Bizim problemləri nə üçün kimlərsə kənardan gəlib həll
etməlidir? Nə üçün özümüz həll etməli deyilik? Bir neçə gündən sonra Müqəddəs
Ramazan Bayramı gəlir. Biz istərdik ki, hörmətli Mehriban xanım Əliyeva bu
mübarək gündə mərhəmət nəzərlərini ömürlük məhbuslara yönəltsin”.

Sonra ömürlük məhbusların bir sıra problemləri müzakirə olunub. Vəkil
Əsəbəli Mustafayev bildirib ki, Qarabağ partizanlarından Məmməd Məmmədovun
saxlanma şəraiti çox ağırdır. Bununla bağlı Qobustan həbsxanasına, Ombudsman
aparatına dəfələrlə müraciət edilməsinə baxmayaraq, heç bir tədbir görülməyib.

 Müdafiə komitəsinin üzvü
Müslümat Rzaxanova diqqəti ömürlük məhbus Vüqar Əliyevin məsələsinə cəlb edib. Vüqar
Əliyev məşhur “Lamiyə Quliyeva işi” üzrə həbs olunub. Həmin iş
ictimailəşdikdən, Lamiyə Quliyeva azadlığa çıxdıqdan sonra hamı tezliklə tam
günahsız Vüqar Əliyevin də azad olunacağını gözləyirdi. Amma gözəgörünməz əl bu
gün də onu həbsdə saxlayır, saxlanma şəraiti pisdir, işgəncələrə məruz qalır.
Onun bu günlərdə bu haqsızlıqlara etiraz olaraq damarlarını doğraması və ağır
vəziyyətdə xəstəxanaya yerləşdirilməsi məlum olub.

Müdafiə Komitəsinin üzvləri bir sıra digər məsələləri də müzakirə
ediblər. Xüsusi olaraq vurğulanıb ki, ömürlük məhbus Natiq Mirzəyev ağır
xəstədir, xəstəliyinə uyğun olaraq müalicə almaq imkanından məhrumdur.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler