Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Ölüler”den “Diriler”e…

05 Temmuz 2016
3:24 pm


05/07/2016 [19:22]: xeber –
Yazıçı-dramaturq Firuz Mustafa bu yazıda sənətşünas İsrafil İsrafilovun “O bizi deyib gəlmişdi…” sərlövhəli məqaləsinin cəmi iki abzasını təhlil edib.Qəzetlərin birində İsrafil İsrafilovun Akademik Milli Dram Teatrında hazırlanmış  “Ölülər” tamaşası haqda gedən qeydləri az sonra saytlarda da yayınlanıb. Həmin yazının adı belədir: “O bizi deyib gəlmişdi…”Düzü, məqaləni bütövlükdə oxumamışam. Amma, ancaq, lakin və fəqət əvvəlinci ilə sonuncu abzasa nəzər salarkən belə başa düşdüm ki, hörmətli İsrafilov bu yazıda yeni tamaşanı tənqid edib. Əlbəttə, hər hansı bir əsəri tənqid də etmək olar, tərif də…Məni indiki halda həmin məqalədə deyilənlərin həqiqəti nə dərəcədə əks etdirib- etdirməmsi deyil, İsrafilovun məqaləsindən oxuduğum o iki abzasda nəyin necə, nə cür  ifadə olunmasıdır.Vaxt itirmədən faktlara üz tutaq. Birinci abzasda oxuyuruq: “Klassika nın ədəbi-bədii bətnində əbədi mənalar qərar tutduğu üçün o, zamanın fövqündə yaşamaq qüdrətinə malikdir. Bəlkə elə bu səbəbdəndir ki, klassikanın cazibəsinə dayanmaq çətindir, “ondakı tilsimləri” (B.Vahabzadə) qırmaq avantürası sənət adamlarına rahatlıq vermir. Amma burası da var ki, öz zənginliyini təmkinlə qoruyan klassika özünə qarşı naşı kobudluğun hayıfın amansızlıqla çıxır. Bəli, klassika sənətkara öz sirlərini açmağa imkan versə də, diletantı rüsvay etməklə cəzalandırır”.Əvvəlcə cümlənin birinci hissəsinə fikir verək: “Klassikanın ədəbi-bədii bətnində əbədi mənalar qərar tutduğu üçün…”  Görünür, müəllif bilmir ki, “klassika”nın “ədəbi-bədii bətnində” heç də hər zaman “əbədi mənalar” qərar tutmur və ya heç qərar tutmalı da deyil. Çünki klassika təkcə ədəbi və bədii mətnlərdən ibarət olmur axı. Musiqi və rənglərdən yaranan klassika da var, hələ üstəlik səslərdən və daşlardan yaranan klassika da. Müəllif deyə bilər ki, o, burada dramaturgiyanı və ya klassik dramaturgiyanı nəzərdə tutub. Ola bilər. Amma güman ki, o, bunu ürəyində tutubmuş. Çünki təqdim olunan cümlədən heç də belə bir fikir (ümumiyyərlə, hansısa bir fikir)  hasil olmur.İndi isə gəlin həmin cümləni bütövlükdə nəzərdən keçirək: “Klassikanın ədəbi-bədii bətnində əbədi mənalar qərar tutduğu üçün o, zamanın fövqündə yaşamaq qüdrətinə malikdir”. Bu cümlədən hansı fikir hasil olur? Necə yəni, “o, zamanın fövqündə yaşamaq qüdrətinə malikdir”. “O” yəni kim, nə? Yəqin ki, müəllif burada da hansısa “klassikanı” nəzərdə tutur. Bir də ki, klassika təkcə zamanın fövqündə yaşamır axı. Hələ bir cümlənin pafosuna fikir verin: “o, zamanın fövqündə yaşamaq qüdrətinə malikdir”. Həmin abzasdakı ikinci cümləyə nəzər salaq: “Bəlkə elə bu səbəbdəndir ki, klassikanın cazibəsinə dayanmaq çətindir, “ondakı tilsimləri” (B.Vahabzadə) qırmaq avantürası sənət adamlarına rahatlıq vermir”.Görəsən, “klassikanın cazibəsinə dayanmaq” nə deməkdir? Görəsən, böyük şairimiz Bəxtiyar Vahabzadənin dilindən təhrif olunmuş  şəkildə verilən  “ondakı tilsimləri”  qırmaq avantürası” ifadəsinin dilimizdə açması nədir? Klassika və avantüra… Belə yerdə dramaturgiyanın atası hesab olunan qoca Esxili ağlamaq… bağışlayın, gülmək tutar ya turmaz?Hələ bu bir abzasda “klassika” sözünün aşırı dərəcədə işlədilməsindən dolayı yaranan ədəbi-estetik-qrammatik “diskomfortu” demirik.Növbəti cümlədə oxuyuruq: “Amma burası da var ki, öz zənginliyini təmkinlə qoruyan klassika özünə qarşı naşı kobudluğun hayıfın amansızlıqla çıxır”.Tərkiblərə fikir verin bir: “öz zənginliyini təmkinlə qoruyan klassika”, “özünə qarşı naşı kobudluğun”…  Görün, nə qədər orijinaldır: “naşı kobudluq”. Və nəhayət,  dilimizin inkişafına əsl töhfə ola biləcək ifadə: “hayıfın amansızlıqla çıxır” …  “Hayıfın çıxır” ha… Görəsən o “hayıfın” deyilən nəsnə kimdən, nədən çıxılır”? Bu yerdə adamın yadına istər-istəməz Fridrix Engelsin məlum-məşhur bir ifadəsi düşür: “Təbiət ona qarşı edilən qəsdin hayıfını insanlardan çıxır”. Çox hörmətli İsrafilovun fikri Engelsi mat qoya bilər.Buyurun, bu da birinci abzasın son cümləsi: “ Bəli, klassika sənətkara öz sirlərini açmağa imkan versə də, diletantı rüsvay etməklə cəzalandırır”.Necə yəni  “klassika sənətkara öz sirlərini açmağa imkan versə də..”? Bəlkə müəllif burada “sənətkar” sözünün əvvəlində hansısa epiteti, istiarəni yazmağı unudub? Yəqin ki, bu elə-belə sənətkar ola bilməz, axı, o sirləri açmaqla məşğuldur. Bəd ayaqda həmin “sənətkarın” yanına bir “dahi” təyinini də artırmaq pis olmazdı.   Eləcə də “diletantı rüsvay etməklə cəzalandırır” nə deməkdir görəsən? Yəni diletantın şəxsi işinə yazılmaqla töhmət verilir, yoxsa o, işdən uzaqlaşdırılır? Hələ onu demirik ki, ta o yazıq diletantı  “rüsvay edəndən” sonra cəzalandırmağa nə ehtiyac qalır? Zira ikinci cəza birincinin yanında toya getməlidir.Hə, lap əvvəldə demişdim axı: çox-çox hörmətli İsrafilovun yazısından cəmi-cümlətanı iki abzas oxumuşdum və amacım da həmin iki cümlədəki fikirlərin mənasını özümçün (və əgər mümkün olarsa, oxucular üçün) çözməkdən ibarətdir.İndi keçirəm ikinci abzasa: “2015-2016-cı  ilin teatr mövsümü ərzində hazırlanan  heç bir ciddi  səhnə kəşfi, rejissor ixtirası müşahidə edilməyən yeganə tamaşanın yaradıcılıq məqsədi cılız olduğu üçün sərçəyə top mərmisi atılması kimi anlaşılmazlığı ilə yadda qalır. Amma təəssüflər olsun, çünki bu gün nə Mirzə Cəlil, nə də Azərbaycan tamaşaçısı belə münasibətə layiq görülməməlidir.  Axı, o, bizi deyib gəlmişdi!..”Əvvəlcə abzasın birinci cümləsinə nəzər salaq: “2015-2016-cı  ilin teatr mövsümü ərzində hazırlanan  heç bir ciddi  səhnə kəşfi, rejissor ixtirası müşahidə edilməyən yeganə tamaşanın yaradıcılıq məqsədi cılız olduğu üçün sərçəyə top mərmisi atılması kimi anlaşılmazlığı ilə yadda qalır”.Əslində bu cümlədəki ifadələrin, söz birləşmələrinin və tərkiblərin hər birini  ayrılıqda təhlilə və tənqidə cəlb etsəydik, bu “şərh” müəllifin bütöv yazısından çox yer ala bilərdi. Elə bu səbəbdən də təkcə həmin cümlənin özündən, lap “orijinaldan”, ilk mənbədən  iqtibaslar verməklə kifayətlənirik: “teatr mövsümü ərzində”, “heç bir ciddi  səhnə kəşfi, rejissor ixtirası müşahidə edilməyən”, “yaradıcılıq məqsədi cılız olduğu üçün”, “sərçəyə top mərmisi atılması kimi anlaşılmazlığı ilə yadda qalır”. Bəh-bəh… “Niyə bəs böylə bərəldirsən, a qare gözünü?” (M.Ə.Sabir). Sabirin yerinə kim olsaydı “qare” əvəzinə” bir “qara” sözü də yazardı, rəngləri tündləşdirmək üçün. Amma məqsədimiz zatən tünd olanı bir az aydınlaşdırmaqdan ibarətdir.Və nəhayət: “Amma təəssüflər olsun, çünki bu gün nə Mirzə Cəlil, nə də Azərbaycan tamaşaçısı belə münasibətə layiq görülməməlidir.  Axı, o, bizi deyib gəlmişdi!..”Yəqin müəllif bu cümlə vasitəsi ilə fikrini ya belə ifadə etmək istəyib: “Bu gün Mirzə Cəlilə və Azərbaycan tamaşaçısına belə münasibət təəssüf doğurur”, ya da ki belə: “Bu gün nə Mirzə Cəlil, nə də Azərbaycan tamaşaçısı belə münasibətə layiq görülməlidir”. Amma əvəzində görün nə alınıb? : “Amma təəssüflər olsun” cümləsində artıq fikir ala-yarımçıq da olsa bitib. Yəni bundan sonra ya “çünki” bağlayıcısına ehtiyac duyulmur, ya da ki, qrammatik qanun yeni cümlənin başlanılmasını tələb edir. Bu, məsələnin bir tərəfi. Məsələnin digər tərəfisə  ondan ibarətdir ki, cümlədə “nə” inkar əvəzliyindən (gərək ki, dilçilikdə belə deyilir) istifadə olunursa, ikinci bir inkara ehtiyac qalmır. Yəni məlum ifadə  “layiq görülməməlidir” yox, “layiq görülməlidir” olmalıdır.Hələ bunu da qoyaq bir kənara. İsrafilov bu məntiqsiz, müxtəlif qrammatik  səhvlərlə dolu mətni bu sözlərlə bitirib:  “Axı, o, bizi deyib gəlmişdi!..”Kim? Kim bizi deyib gəlmişdi? Məqalə müəllifi müdrikcəsinə gülümsəyib deyə bilər ki, bəyəm bu cümlənin (daha doğrusu, “sizi deyib gəlmişəm” ifadəsinin) kimə məxsus olduğu sizə məlum deyil?O məşhur cümlənin müəllifi hamıya məlumdur. Amma görək İsrafilov ondan əvvəlki cümlədə nə deyir? Məcburuq həmin cümləyə bir də qayıdaq: “Amma təəssüflər olsun, çünki bu gün nə Mirzə Cəlil, nə də Azərbaycan tamaşaçısı belə münasibətə layiq görülməməlidir”. Gördüyünüz kimi, bu cümlədə iki komponentə (və ya iki fenomenə) isnad olunur. Onlardan biri Mirzə Cəlil, digəri Azərbatcan tamaşaçısıdır. Bundan sonra “Axı, o, bizi deyib gəlmişdi!..” cümləsini oxuyan sıravı oxucu düşünməli olur: görəsən, “bizi deyib gələn” kim idi elə? Mirzə Cəlil, Azərbatcan tamaşaçısı, yoxsa…Yoxsa “bizi deyib gələn” elə İsrafilovun özü imiş?Hə, indi yadıma düşdü ki, “Ölülər”  tamaşası haqqında yazan İsrafilovun özü bu son zamanlaracan  Akademik Milli Dram Teatrın müdiri idi. Yəni, belə baxanda, o da kimisə deyib gəlmişdi.Mən indi iki abzasını yüngülvari təhlilə cəlb etdiyim məqalədə, deyəsən, teatrın yeni tamaşası tənqid olunub. Mən məqalənin cəmi-cümlətanı iki cümləsini oxuduğum üçün o tənqidin nədən ibarət olması barədə heç bir fikir yürüdə bilmərəm. Yalnız onu deyə bilərəm ki, hər bir tamaşada qüsur ola bilər. Və yenə əlbəttə ki, hər tamaşa tənqid oluna bilər. Hətta, tamaşanın ortasında zalı tərk etmək də olar. Axı okean suyunun tamını bilmək üçün ondan bir-iki qurtum içmək kifayətdir. Elə zəif söz yığımından ibarət bir yazını da sonacan oxumağa ehtiyac qalmır. Bəzən bu və ya digər  sicilləmənin kvintessensiyasını (mahiyyətini, cövhərini) duymaq üçün təkcə əvvəlinci və sonuncu abzası oxumaq yetərli olur.Hə, onu deyirdim axı. İsrafilov bir müddət indi tamaşasını təhlil (olsun ki, tənqid) etdiyi teatrın müdiri olub. Həmin dövrdə orada çox solğun, ölgün, hətta demək olar ki, ölü bir mühit yaranmışdı.Yaxşı ki, indi teatr “Ölülər”i dirildə bilib. Demək, hələ dirilər cərgəsinə qoşulmağa ümid var. Hər halda diriləri öldürməkdənsə, ölüləri diriltmək ideyası daha önəmli və … hətta, bir az  klassik təsir bağışlaya bilər.P.S. Uşaqların  “klas-klas” oyununu yəqin ki, çoxunuz yaxşı xatırlayır. Zahirən bəsit, sadə görünən bu uşaq oyunu,  bəzən klassika haqda yazılan pafos dolu cümlələrdən (əgər bunları cümlə kimi qəbul ediriksə) daha mənalı və düşündürücü təsir bağışlayır.Firuz MUSTAFA




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap BIST 100 endeksi, günün ilk yarısında yüzde 0,59 değer kazanarak sürekli müzayede işlemlerine verilen araya 77.242,79 puan ile girmişti.Sürekli müzayede işlemlerinin tekrar başlamasının ardından yükseliş eğilimini sürdüren endeks, şu dakikalarda yüzde 0,66 artışla 77.300 seviyelerinde bulunuyor. Analistler, öğleden sonra ABD'de başta fabrika ve dayanıklı mal siparişleri olmak üzere açıklanacak verilerin takip edileceğini belirterek, BIST 100 endeksinin 77.800 seviyesinin direnç, 76.000 seviyesinin destek konumunda olduğunu kaydediyor.Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek bugün güne 1,237.65 dolardan işlem görerek başladı. Havalimanının batısında yer alan ve Gizlani Askeri Üssü'nde de tamamen kontrol sağlandı.Doğu cephesinden ilerleyen federal polis güçleri ve özel kuvvetler askerleri, havalimanı yakınındaki Elbu Seyf köyünü hafta başında terör örgütünden geri almıştı.Güney cephesinden ilerleyerek geçen yıl kentin tamamen kuşatılmasını sağlayan İran destekli Şii milisler Haşdi Şabi grubu da batı cephesinden ilk saldırıyı Çarşamba günü başlatmıştı. Telafer çevresindeki köylerde yoğun çatışma var.Bu arada Musul’un batısından ilk tahliye haberi geldi. El-Memum bölgesinden DEAŞ'ın kalkan olarak kullanmak için alıkoyduğu bin 508 kişi tahliye edildi. -Irak Göç ve Göçmenler Bakanlığınca kentin batısından tahliye edilen bin 508 kişilik ilk grup, Kayyara kasabasındaki kamplara yerleştirildi.Kapalıçarşı altın fiyatlarına göre çeyrek altın fiyatı bugün 192 lira, altın gram fiyatı ise 117 lira seviyesinde.Altın fiyatları ABD'den açıklanan pozitif verilerin ardından yatırımcıların riskli varlıklara geri dönüş yapmasıyla beraber dün geriledi. Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek 1,237.65 dolardan işlem görürken, dün yüzde 0.7 değer kazanmıştı.KAPALIÇARŞI ALTIN FİYATLARIİstanbul Kapalıçarşı'da 24 ayar külçe altının gram satış fiyatı 116,75 lira, Cumhuriyet altınının satış fiyatı ise 780,00 lira oldu.Bu yıla en hızlı başlayan yatırım aracı altın oldu. 3 yıl yatırımcısına kaybettiren altın, Aralık ayında başladığı yükselişi bu yıl hızlandırdı. Peki altın fiyatları 3 yıllık kayıbın ardından nasıl yükselişe geçti? Altın fiyatları neden yükseliyor? Altın yorumlarını aşağıdaki playerdan izleyebilirsiniz.Analistler, bugün ABD'de açıklanacak ADP istihdam raporunun altın fiyatları üzerinde etkili olabileceğini belirterek, teknik olarak altının onsunda 1.210 doların destek, 1.250 - 1.255 dolar bandının ise önemli direnç seviyeleri olarak takip edileceğini kaydediyor. Altının gram fiyatında ise 116 seviyesinin izleneceğini dile getiren analistler, bu seviyenin altında kalınması durumunda düşüşün ivme kazanabileceğini, olası yükselişlerde ise 118 direncinin gündeme gelebileceğini tahmin ediyor.çarşambaAnalizciler, ABD'de üretimin azalacağına ve OPEC ile OPEC dışı üreticilerin birlikte kararlar alabileceğine ilişkin beklentilerin petrol fiyatlarında yukarı yönlü hareketleri destekleyen ana etkenler olduğunu ifade ediyor.günü 39 dolar sınırına yükselen Brent petrolün varil fiyatı, haftanın ilk işlem gününde 39,47 dolara kadar yükseldikten sonra şu dakikalarda 39,11 dolar seviyelerinden işlem görüyor. Brent petrol son olarak 11 Aralık 2015 tarihinde 39,71 dolara kadar yükselmişti.Avrupa'da tarafında ise piyasalar bu hafta Avrupa Merkez Bankası (AMB) faiz kararı ve Euro Bölgesi büyüme verisini bekliyor. Analistler, 10 Mart’taki AMB toplantısında alınacak yeni önlemlere yönelik beklentilerin arttığını belirtiyor. Bugün İuro Bölgesi'nde Sentix yatırımcı güveni açıklanacak. Cuma günü Almanya'da DAX 30 endeksi yüzde 0,74, Fransa'da CAC 40 endeksi yüzde 0,92 ve İngiltere'de FTSE 100 endeksi yüzde 1,13 prim yaptı.Amerika'da BÜYÜME HEDEFİ REVİZE EDİLDİAsya'da hafta sonu gerçekleşen Çin Ulusal Kongresi'nin yıllık toplantısında ülkenin büyüme hedefinin yüzde 7 civarından yüzde 6,5 - 7,0 aralığına düşürüldüğü kaydedildi. Çin'deki gelişmeler sonrasında Şanghay bileşik endeksi şu dakikalarda yüzde 0,32 yükseldi. Japonya'da Nikkei 225 endeksi ise yüzde 0,61 düşüşle 16.911,32 puandan kapandı.Analizciler, bu hafta yurt içinde sanayi üretimi ve ödemeler dengesi verilerinin izleneceğini, yurt dışında ise AMB toplantısı ve ABD verilerinin takip edileceğini dile getiriyor.Teknik açıdan BIST 100 endeksinin 77.800 seviyesinin direnç konumunda olduğunu aktaran analistler, 76.300 ve 75.500 seviyelerinin destek olarak öne çıktığını vurguluyor. musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler