Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Olsun, ya ölsün?

05 Ekim 2016

3:00 pm


05/10/2016 [18:57]: xeber –
Sentyabrın 28-də Rusiya prezidenti yanında uşaq haqları üzrə səlahiyyətli nümayəndə Anna Kuznetsova ölkədə hamiləliyin süni dayandırılmasının qadağan edilməsini dəstəkləyib. Onun sözlərinə görə, “bütün sivil dünya birinci il deyil ki, kürtaja qarşı çıxır”.sayt Lenta.ru-ya istinadən xəbər verir ki, hamiləliyin dayandırılması Nikaraqua, Salvador, Çili, Vatikan, Malta və Filippində cinayət hesab edilir.Çilidə kürtaja görə, beş ildən on ilə qədər azadlıqdan məhrum edilə bilər. Amma buna baxmayaraq, hər il bu əməliyyata 120 min qadın gedir.  1989-cu ilin sentyabrından, hələ Auqusto Pinoçetanın rejimi dövründə Çilinin cinayət məcəlləsi kürtajı qadına qarşı zorakılıq, Ailə və ictimai mənəviyyat institutuna qarşı cinayət hesab edirdi. 2014-cü ilin oktyabr ayında Çilinin Penyalolen şəhərinin əməkdaşları bir neçə kürtaj hadisəsindən xəbər tutaraq bu barədə polisə məlumat veriblər. Ölkə prezidenti Mişel Baçelet qanunvericiliyi dəyişdirmək haqqında niyyətini bildirib. “Amnesty International” beynəlxalq təşkilatı tibbi göstəricilərə görə, hətta xərçəngdən müalicə keçməli olduqda və ya dölün yaşama səviyyəsi aşağı olduqda belə, qadınlara kürtaj etdiməyə icazə verilmədiyi onlarla hal qeyd edib.“La Linea Aborto” cəmiyyəti tərəfindən yayılan və hamiləliyin həblər vasitəsilə dayandırılmasından bəhs edən vəsait.40 yaşlı Paula iki dəfə kürtaj etdirib. 24 yaşlı Kamila ilk kürtajını 14 yaşında etdirib. 2008-ci ildə Alisiya kurortda yaşadığı məhəbbət macərasından sonra hamilə qalıb.İnsestin 13 yaşlı qurbanı dölün yaşama qabiliyyətinin aşağı olduğuna baxmayaraq hamiləlik dövrü keçirib. Akuşer Romanett kürtajdan sonra səhhətində ağırlaşma olan qadınlar haqqında məlumatın daxil olduğunun şahididir.  Oskar Moreyra hamiləliyin süni yolla dayandırılmasını araşdıran institutda çalışır. O və onun həmkarları kürtajı cinayət hesab edirlər. Çilidə kürtajların qanuniləşdirilməsi uğrunda prezident sarayı qarşısında etiraz aksiyası. Akuşer Anna Mariya kürtajlar haqqında polisə xəbər verir. Ölkədə qadağan edilən dərmana həsr edilmiş vəsait.Həkim Besios Çili Katolik Universiteti yanında fəaliyyət göstərən klinikada çalışır. O, kürtajlara qarşı çıxış edir. Kürtajın qanuniləşdirilməsini dəstəkləyən fəallar. 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler