Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Ölmez “Ölüler” eserinin gürcü dilinde teqdimatı keçirilib – Fotolar

15 Eylül 2016

10:20 am


15/09/2016 [14:16]: xeber –
Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin təşkilatçılığı ilə Atatürk mərkəzində dahi Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin “Ölülər” əsərinin gürcü, Aşıq Qurbaninin şeirlərinin rus dilində nəşrlərinin və bu kitabların tərcüməçisi, jurnalist, şairə və ictimai xadim Anna Barkutaşvilinin Azərbaycan ədəbiyyatından gürcü və rus dilinə çevirdiyi kitabların təqdimatı keçirilib. Tədbirin açılışında çıxış edən Atatürk Mərkəzinin müdiri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Nizami Cəfərov bu nəşrin gürcü dilinə tərcüməsinin böyük əhəmiyyətindən danışdı. Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Gürcüstanın fəxri vətəndaşı Qənirə Paşayeva bu nəşrin Azərbaycan-Gürcüstanın münasibətlərinə, mədəni əlaqələrin genişlənməsinə mühüm töfhə verəcəyini bildirdi. Anna Bartkulaşvilinin Azərbaycan-Gürcüstan mədəni əlaqələrinin inkişafında gördüyü işlərdən danışan millət vəkili Q. Paşayeva Azərbaycanın böyük oğlu Cəlil Məmmədquluzadənin bu gün də çox aktual olan “Ölülər” əsərinin gürcücə tərcüməsinin önəmindən və digər tərcümə əsərlərinin vacibliyindən danışıb. Kitabların Gürcüstanda yayılacağını bildirən Q. Paşayeva gürcü oxucularının marağına səbəb olacağına inandığını da deyib. Ardınca çıxış edən Anna Bartkulaşvili bu tərcüməni böyük mütəfəkkir Cəlil Məmmədquluzadənin yaradıcığılı ilə tanış olmaq üçün bir fürsət olduğunu vurğuladı. Sonra Gürcüstanın səfirliyinin əməkdaşları, gürcü ictimai xadimləri, Azərbaycan Yazıçılar Birliyinin üzvləri və ictimayyət nümayəndələri çıxış etdilər. Bu cür kitabların sayının daha da artması diləkləri səsləndi.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler