Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Ölkenin en gözeli hicaba büründü – FOTOLAR

01 Ekim 2016

7:04 am


01/10/2016 [11:02]: xeber –
“Qırğızıstan gözəli – 2014” və “Qırğızıstanın internet gözəli-2012” konkurslarının qalibi, məşhur qırğız modeli Aykol Alikcanova müsəlman örtüyünə bürünməyə və bundan sonra bütün həyatını İslam qaydalarına uyğun yaşamağa qərar verib.sayt-ın xarici İslam saytlarına istinadla yaydığı xəbərə görə,  Qırğızıstan gözəli bu haqda öz “Instagram” səhifəsində belə yazıb: “Bəli mən örtünmüşəm. Və bu, mənim şüurlu seçimimdir. Mən xoşbəxtəm və razıyam.  Sizə də Allahın razılığı barədə düşünməyi məsləhət görürəm. Mən Qırğızıstanda doğulmuşam. Ancaq bunun mənim dinimə dəxli yoxdur. Gəlin biri-birimizə münasibətdə xeyirxah olaq. Sizlərə sülh və xeyir deiləyirəm!..”Digər bir açıqlamasında isə müsəlman gözəl pərəstişkarlarını  onun seçimindən narahat olmamağa çağırır:“Mən xoşbəxt insanam. Ona görə ki,  müsəlmanam. Və sizi mənim həyatım  narahat etməməlidir. Sizin də öz həyatınız var. Və mən sizə düşmən deyiləm. Əksinə,  mən bu dünyanın bütün müsəlmanlarının dostuyam! Siz hamınız məni  hicaba görə mühakimə edərək günaha batırsız. Mən isə Allahdan sizin günahlarınızı bağışlamasını diləyirəm. Bəziləriniz mənə gülür, bəziləriniz mühakimə edirsiz. Ancaq mən belə də davam edirəm. Və mənim kimi öz qardaş və bacılarına qarşı səbir nümayiş etdirərək ibadətlərinə  davam edənlər milyonlarladır…”   Sultan Laçın


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler