Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Ölkeni bölmeye yönelmiş qüvvelerin cezalandırılması qapıdadır”

05 Kasım 2016

11:20 am


05/11/2016 [15:16]: xeber –
“Türkiyə çox qarşıq tarixi gəlişmələrdən keçir. Bir tərəfdən cənub sərhədləri boyunca nəticəsi bəlli olmayan müharibələr, digər tərəfdən daxildə terror, dövləti sarsıtmağa yönəlik fəaliyyətlər Türkiyəni daha qərarlı addımlar atmağa sövq edir”. Bu sözləri sayta açıqlamasında Türkiyənin Ərciyəs Universitetinin professoru Qafar Çaxmaqlı Türkiyədə baş verən son hadisələrə münasibət bildirərkən söyləyib.  HDP həmsədrlərinin tutulmasını düzgün addım kimi qiymətləndirən Q.Caxmaqlı bunları qeyd edib:“Bir neçə ay öncə TBMM-i millət vəkillərinin toxunulmazlığı ilə bağlı qadağaları götürərkən artıq bəlli idi ki, ayrı-ayrı partiyalar içərisində ölkəni bölməyə yönəlik qüvvələrin cəzalandırılması qapıdadır. Bəzi millət vəkilləri cinayət hərəkətlərinə yol verirdilər, amma onlar cəzalandırılmırdılar. Bu daha çox HDP millət vəkillərinə aid idi. Bu partiaydan olan millət vəkilləri bir terroristin edəcəklərindən də çox dövləti təhdid etməkdəydi. İndi həbs olunan HDP həmsədrləri Selahəttin  Dəmirtaş, Figen Yüksəkdağ və başqaları Türkiyəyə qarşı terror fəaliyyətində olan PKK, PYD və başqa terror təşkilartlarına açıq dəstək verməkdəydilər. Hətta onların bəziləri özləri keçmişdə terrorçuluqla məşğul olmuş insanlardı. Məsələn, Selahəttin Dəmirtaşın bir PKK mağarasında fotosu var. Bunlar Türkiyəni bölmək və Cənub Şərq bölgələrində bir kürd dövləti qurmaq xəyalları ilə cinayətkar fəaliyyətlərdən belə çəkinmirdilər. Bu adamlara qarşı keçirilən əməliyyatlar Türkiyənin həm daxildə, həm də sərhədlərindən kənarda dövləti təhdid edən, onun təhlükəsizliyinə zərər vuran fəaliyyətlərə huquqi qiymətidir. Dövlət nəhayət ki, bu terrora dəstək verən adamların dərsini verəcək”.Rumiyyə 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler