Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Ölkemizin ekser KİV-i Zerdabi leyaqetini qoruya bilmeyib”

22 Temmuz 2016

5:48 pm


22/07/2016 [21:47]: xeber –
Bu gün Azərbaycanda mətbuat günü qeyd olunur. 141 il bundan öncə Həsən Bəy Zərdabi “Əkinçi” qəzeti yaradıb. Maraqlıdır,  Həsən bəy Zərdabi Azərbaycan mətbuatının bugünkü durumundan razı olardımı? Jurnalist Hilal Məmmədov sayt -a açıqlamasında bildirdi ki, Zərdabi gördüklərindən məmnun olmazdı:Azad Mətbuatın əsas vəzifəsi insanlara doğru və qərəzsiz  məlumatları çatdırmaqla, onların cəmiyyətdəki sağlam ruhlu tərəqqisinə yardımcı olmaqdır. Şübhəsiz ki, bu və ya digər maraq ya mənafelərə xidmət edən mətbuat azad sayıla bilməz. Zərdabi təbii ki, bugünkü mətbuatı görsə məmnun olmazdı. Azərbaycan mətbuatının banisi sayılan Həsən bəy Zərdabinin 141 il öncə, 22 iyul 1875-ci ildə nəşr etdirdiyi “Əkinçi” qəzeti cəmi ikicə il yaşasa da azad və ləyaqətli mövqeyini itirmədi. Başqa sözlə desək, hakimiyyətə deyil, bilavasitə xalqının maarifləndirilməsinə xidmət etdi… Əfsuslar olsun ki, bu gün bir-iki məlum mətbu orqanlarımız istisna olmaqla, ölkəmizin əksər KİV-i Zərdabi ləyaqətini qoruya bilməmiş və bu və ya digər maraq və mənafelərin qulluqçularına çevrilmişlər və əlbəttə ki, Həsən bəy Zərdabinin ruhu bu gün mövcud haldan heç də şadlana bilməz…Bununla belə, fürsətdən istifadə edərək, cəmi azadfikirli, sağlam ruhlu və qərəzsiz yazarlarımızı, o cümlədən, bu yolda hal-hazırda da zindan məşəqqətlərini yaşayan cəmi həmkarlarımızı Zərdabi (Azad və Ləyaqətli Mətbuat) günü münasibətilə təbrik edir və onlara uğurlar diləyirik.”




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler