Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Ölkemizde rüşvetin açmadığı qapı yoxdur…”

08 Kasım 2016

1:36 pm


08/11/2016 [17:34]: xeber –
Korrupsiyaya qarşı mübarizə haqqında qanuna dəyişiklik ediləcək. Məlum dəyişikliyə görə, korrupsiya haqqında məlumat verən şəxsi təhdid edənlər məsuliyyətə cəlb olunacaq.Maraqlıdır, bu yenilik korrupsiyaya qarşı effektiv mübarizə aparmaq baxımından hansısa müsbət dəyişikliyə səbəb olacaqmı?sayt-a açıqlamasında məsələyə münasibət bildirən sabiq ədliyyə generalı Vidadi Mirkamal korrupsiya-rüşvət mexanizmi aradan qaldırlmayana qədər heç bir addımın fayda verməyəcəyi qənaətindədir:“Korrupsiya barəsində məlumat verən şəxsləri təhdid edənlərin məsuliyyətə cəlb olunması norması normal demokratik dəyərlərlə idarə olunan ölkələrə aiddir…Azərbaycanda korrupsiya və rüşvət tügyan edir…. Ölkəmizdə rüşvətin açmadığı qapı yoxdur… Ölkədə aşagıdan yuxarı bütün dövlət orqanları korrupsiya bataqlığındadır… Azərbaycan analoqu olmayan ölkə olduguna görə, Korrupsiyaya Qarşı Mübarizə Komissiyasına ölkənin ən çox korrupsiyaya ugramış məmur-oliqarxları daxil edilib…Ölkədə korrupsiya-rüşvət mexanizmini aradan qaldırmadan,demokratik təsisatlar yaratmadan korrupsiyaya qarşı mübarizə çərçivəsində qəbul edilən hər hansı qanun havadan asılı qalacaq”.Seymur Əliyev


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler