Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Ölkeden çıxış yasağı olan sahibkarlardan orijinal addım…

11 Eylül 2016

9:32 am


11/09/2016 [13:28]: xeber –
Məlum olduğu kimi, Azərbaycanda yüzlərlə iş adamının ölkədən çıxışı vergi borcuna görə yasaqlanıb. Əvvəlki illərdən fərqli olaraq, bu il borclu sahibkarlara öncə dövlətə olan borcunu ödəmək və bundan sonra ölkə hüdudlarını tərk etmək tələbi irəli sürülüb. sayt – a daxil olan məlumata görə, xaricdə istirahət imkanından məhrum olan xeyli iş adamı vəziyyətdən çıxmaq üçün maraqlı üsula əl atmağa başlayıblar. Belə ki, borclu sahibkarların bəzisi xaricə çıxış yasağının aradan qaldırılması üçün sahibi olduqları şirkətlərin rəhbərliyini öz yaxın qohumlarının adına rəsmiləşdirməyə başlayıb. Şirkəti xariclə təması olmayan yaxınlarından birinin adına keçirən iş adamı, bununla borc məsuliyyətindən də xilas olmaq istəyirlər. Çünki şirkət rəhbərliyini üzərinə götürən şəxs bununla dövlətə verilməsi gərəkən borcları da üzərinə götürür və beləliklə də, məlum prosedurdan sonra xaricə çıxmaq yasağı əvvəlki şirkət rəhbərinə deyil, şirkətin yeni rəhbərinə tətbiq edilir. Beləliklə də, şirkətin əsl sahibi heç bir problem olmadan istənilən zaman ölkədən çıxmaq imkanı əldə edir. Bilgili qaynağın sözlərinə görə, məlum tendensiyanın yaxın gələcəkdə daha da genişlənməsi gözlənilir ki, bu da dövlətə olan borcların ödənilməsini təmin etmək üçün yeni addımların zəruriliyini gündəmə gətirir… 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler