Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Ölke gencleri Gencede- FOTO

25 Haziran 2016

12:24 pm


25/06/2016 [16:22]: xeber –
“İrəli” İctimai Birliyi və “Regional İnkişaf “İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun (AzGF) dəstəyi ilə 2016-cı il Avropanın Paytaxtı Gəncədə “Region Gənclərinin Əməkdaşlığı Forumu” layihəsinə start verilib.Gununsesi.info xəbər verir ki, Gəncə şəhər Heydər Əliyev Mərkəzində keçirilən Forumda Azərbaycanın 15 regionundan 100-ə yaxın gənc iştirak edib.“İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov bildirib ki, Azərbaycanda gənc nəslin hərtərəfli inkişafının təmin edilməsi dövlət siyasətinin mühüm tərkib hissəsidir. Bu və bunun kimi layihələr Azərbaycan gəncliyinin ictimai-siyasi, birgə inkişaf fəaliyyəti üçün olduqca əhəmiyyətlidir.Layihənin əsas məqsədi “Gəncə-2016-cı il Avropa Gənclər Paytaxtı” layihəsinə dəstək olmaq, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı çərçivəsində istifadəyə verilən “Gənclər Evi” və “Gənclər Mərkəzi” yerləşən regionlarda, bölgələrdə gənclərin şəxsi inkişafına təkan vermək üçün birgə fəaliyyətlərini stimullaşdırmaqdan ibarətdir.Forumun ilk günündə Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdir vəzifəsinə Vüsal Quliyev, Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev və Gəncədəki “ASAN xidmət” mərkəzinin direktoru Elnur Rzayevin iştirakı ilə “Azərbaycanda dövlət gənclər siyasəti” mövzusu müzakirə edilib.Bundan əlavə, “İctimai vəkillik” və “Beynəlxalq arenada iştirakçılıq” mövzularında da müzakirələrin keçirilməsi nəzərdə tutulub.Layihə benefisiarlarının 2016-ci il Avropa Gənclər Paytaxtı seçilmiş Gəncədə xüsusi tədbirlər planı ilə iştirakı planlaşdırılıb. 




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler