Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Ölke erazisinde yağıntılı hava davam edecek

19 Ekim 2016

9:20 am


19/10/2016 [13:16]: xeber –
Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumatda bildirilir ki, oktyabrın 20-də bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.Mülayim şimal-şərq küləyi əsəcək.Havanın temperaturu gecə 7-9° isti, gündüz 10-13° isti, Bakıda gecə 7-9° isti, gündüz 11-13° isti olacağı gözlənilir.Atmosfer təzyiqi 766 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 85-95% təşkil edəcək.Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcəyi, şimal və şərq rayonlarında isə arabir yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə sulu qar, qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.Havanın temperaturu gecə 4-9° isti, gündüz 10-14°, dağlarda gecə 0-5° şaxta, gündüz 3-8° isti olacağı gözlənilir.ETSN xəbərdarlıq edir ki, oktyabrın 21-dən 25-dək ölkə ərazisində qeyri-sabit hava şəraitinin davam edəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq rayonlarda sulu qar, qar yağacağı ehtimalı var. Çaylarda sululuğun artacağı ehtimalı var. 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler