Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Ölke başçısı ile görüşmek isteyirem” – Şehid polkovnikin insult keçiren atası

08 Ağustos 2016

8:20 pm


09/08/2016 [00:16]: xeber –
Bir neçə gündür ki, aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş polkovnik – leytenant Raqub Orucovun ailəsi diqqətsizlikdən gileyləndiyi bir vaxtda, polkovnikin ailəsi barədə şəhid polkovnikin atası İbrahim Orucov fikirdən insult keçirməsi yayıldı. sayt – ın əməkdaşı bu gün Sumqayıt şəhərinə yollanaraq şəhidin ailəsi ilə görüşüb.İlk olaraq şəhid polkovnikin evinə yollandıq. Bizi şəhid zabitimizin həyat yoldaşı Sevinc xanım qarşıladı. Dövlət qurumlarının onu yorduğu üzündən bəlli olurdu. Çox yorğun və əsəbi görünürdü. sayt – dan gəldiyimizi biləndə, çox sevindi. Bizi içəri dəvət etdi. Əyləşdik heç bir dəqiqə çəkmədi ki, çay gətirdi. Özümüz də utandıq. Sonra Sevinc xanım olanlara belə aydınlıq gətirdi:Sevinc Orucova:“Bu adamlar hamısı durub aprel döyüşlərindən danışır, amma bu müharibəni eləyən oğlanlardan söz açmırlar. Məni sənədə görə dağa – daşa salıblar e. Amma, əslində mən evimdən çıxmalı deyildim. Mən fikirləşirdim ki, bunlar mənə köməklik edərlər sənədləri toplamağa görə, sonra gördüm ki, yox. Zəng vurub deyirəm ki, gəlin sənədləri aparın. Hamısını hazırlamışam. Üç – dörd dəfə zəng elədim. Elə vaxtları oldu ki, telefonumu belə açmadılar. Axırıncı dəfə zəng vurub dedim ki, əgər gəlməsəniz, bu məsələni mətbuatda işıqlandıracam. Heç aman çəkmədi ki, tez gəldilər. Sənələri apardılar müdafiə nazirliyinə. Müdafiə nazirliyindən mənə dedilər ki, sənədlərini DSMF – yə yollamışıq. Gedin ora sənədləriniz ordadı. Biz də dedikləri yerə getdik. Gedib gördüm ki, sənədlərin bir – ikisi ordadı. Qalanları yoxdu. Orda işləyən qadın zəng vurub onlara dedi ki, sənədləri niyə yollamamısınız. Əsəbiləşdim dedim ki, mən bir də sənədləri hazırlamayacam. DSMF – dən dedilər ki: “Gedin evə, bir – iki günə sənədləri hazırlayıb sizə zəng vuracağıq”. Dedim ki, gedirəm, amma müdafiə nazirliyinin bu diqqətsizliyindən mətbuata şikayət verəcəm. Bu açıqlamamdan sonra tez bir zamanda sənədləri hazır etdilər. Deməli bunlar hər şeyi edə bilərlər. Bunlar məni məcbur etdilər ki, gərək mətbuata açıqlama verəydim və bundan sonra belə edəydilər. Bunlar istəsəydilər məni qapılara salmaya bilərdilər. Mənə bunların nə pulu, nə də başqa bir köməkliyi lazım deyil. Allaha Şükür özümüz işləyirik və uşaqlarımızı saxlayacağıq. Həyat yoldaşımın dəfn mərasiminə müdafiə nazirliyin heç bir rəsmisi gəlmədi. Gələnlər ancaq həyat yoldaşımın hərbiçi dostları idi. Həyat yoldaşıma verdikləri “İgidliyə görə” medalını qəbul etmədim. Çünki Raquf buna layiq deyildi. Raqufa verdikləri medaldan ev doludu. Raqufa o medal yaraşmır. Bunlar prezidentə səhv məlumat veriblər. Mən müdafiə nazirliyinə dəflərlə teleqrama vurmuşam. Amma, cavab verən olmayıb”.Sonra şəhid zabitimizin atası İbrahim dayıyla görüşmək üçün yaşadığı 1 – saylı yataqxanaya yollandıq. Yataqda uzanan şəhid atası bizi görən kimi yerindən qalxdı:İbrahim Orucov:“Bir aya yaxındır ki, insult keçirmişəm. Raqufa görə fikir eləyirəm. Ona qarşı diqqətsizlik məni çox pis elədi. (Ağlayır). Raquf gözümün qabağından getmir. İndi o, yoxdu. Amma, o, bir igid idi. Ölüm təz gəlmir ki, köçəm dünyadan. Bu vəziyyətdə müdafiə nazirliyinə getdim. Nazirin müavini Kərəm Vəliyev heç aşağı düşmədi. Mən 71 yaşlı ağsaqqal kişi o pilləkənləri oğlanlarımın köməyi ilə birtəhər qalxdım. Mən Kərəm Vəliyevin özünə dedim ki, məni nazirlə görüşdür. Amma, görüşdürmədilər. Heç vaxt qapımı açmayıblar. Mən onlardan nə pul, nə də başqa bir şey istəmirəm. Raquf bu yataqxanada böyüyüb və ailə həyatı qurub. Mən bir də nazirliyə getməyəcəm. Heç bir dövlət qurumundan qapımı açıb bir adam bizimlə maraqlanmayıb. Çox sağ olsun ölkənin birinci xanımı Mehriban xanım Əliyeva şəhid ailələrin qəbul etdi. Raquf Qarabağ müharibəsində Milli Qəhrəman Allahverdi Bağırovun əsgəri olub.Qarabağ döyüşlərində iki istiqamətdə: biri Abdal – Gülablı istiqamətində, bir də Fərrux dağ istiqamətində iki dəfə yaralanıb. Bu nazirlik heç bir şəhid ailəsini qəbul edib onlarla maraqlanmadı. Amma, Türkiyənin müdafiə naziri şəhid ailələri ilə görüşmək üçün qapı – qapı gəzir. Biz də isə heç qapını açan yoxdu. Ölkə başçısı ilə görüşmək istəyirəm. Bunların mənə heç bir diqqəti lazım deyil”.Vasif Əlihüseyn


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler