Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Oliqarx-deputat stadionu zebt edib yerinde “gözdağı” tikdirdi…

12 Ağustos 2016

7:04 pm


12/08/2016 [23:01]: xeber –
Bakının Nəsimi rayonu Cavadxan 10 küçəsində, 3-cü mikrorayon dairəsinin  yaxınlığında yaşayış binalarını əhatəsindəki stadion millət vəkillərindən biri (həmin oliqarx-deputatın kimliyi bizə bəlli olsa da hələlik adını çəkmək istəmirik) tərəfindən zəbt edilib. Bu barədə sayt-ı bilgiləndirən sakinlərin sözlərinə görə, uşaq və yaşlıların istirahət yeri olan əraziyə əl qoyan millət vəkili ərazidə yüksəkmərtəbəli binanın inşasına start verib. Artıq bu məqsədlə özüllər qazılıb, əraziyə çoxlu sayda tikinti materialı gətirilib, canlı qüvvə cəlb edilib.Sakinlərin sözlərinə görə, məhəllə daxilindəki ərazinin işğalına və bu ərazidə tikinti aparılmasına dəfələrlə etiraz etsələr də, bina inşasının qarşısını ala bilməyiblər. Hazırda binanın inşasının davam etdiyi bildirilir. Məlumat üçün qeyd edək ki, Cavadxan 10 küçəsindəki beşmərtəbəli binaların gələn ilin ilk ayından etibarən söküləcəyi, magistral yolun genişləndiriləcəyi iddia olunur. Bununla bağlı ərazidəki binaların sakinləri ilə söhbət aparılıb və qarşılıqlı razılaşma əsasında bu prosesin 1,5 il ərzində başa çatdırılacağı nəzərdə tutulur. Maraqlıdır ki, bina sakinlərinin söküntü və köç prosesinə hazırlaşdığı bir ərəfədə millət vəkilinin ərazidə göydələn inşasına başlaması xeyli dərəcədə müəmmalı görünür. Lakin tikinti işlərinin tam sürətlə davam etdirilməsi millət vəkilinin bina tikintisini ən qısa zamanda başa çatdırmaqda maraqlı olduğunu göstərir.Mövzunu diqqətdə saxlayacağıq. 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler