Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Olimpiyadada Azerbaycana qarşı ermeni texribatı…

17 Ağustos 2016

10:44 am


17/08/2016 [14:40]: xeber –
Yay Olimpiya Oyunlarının XII yarış günündə son 20 il ərzində Ermənistana ilk qızıl medalı qazandıran güləşçi Artur Aleksanyan böyük siyasi təxribata yol verib. sayt bu barədə “azvision.az”a istinadən xəbər verir.Aleksanyan mükafatlandırma mərasiminə aprel döyüşlərində məhv edilmiş Qarabağdan olan erməni kiçik çavuş Robert Abadcanın şəkili olan köynəklə çıxıb. Eyni zamanada o, qələbəsini aprel döyüşlərinin “qəhrəmanı” olan erməni hərbçilərinə həsr etdiyini bildirib. Erməni idmançı bu addımı ilə Azərbaycana qarşı çirkin təxribata yol verib. Ermənistanın Olimpiya Komitəsi erməni idmançının bu hərəkətinə haqq qazandıraraq onun sözügedən fotosunu rəsmi saytının ermənidilli versiyasında yerləşdirib. Bununla komitə özü də qaydaları ciddi şəkildə pozub. Belə ki, Olimpiya Xartiyasının 4-ci bəndinin 10-cu maddəsinə görə, Milli Olimpiya komitələri idmandan siyasi məqsədlərlə istifadəyə yol verməməlidirlər.Təəssüflər olsun ki, yarışın təşkilatçıları tərəfindən erməni təxribatının qarşısı alınmayıb.Beynəlxalq qaydalara əsasən, idmanı siyasətə qatmaq, onu siyasi proseslərə alət etmək istəyən erməni idmançıya qarşı ciddi tədbir görülməli, təxribat etdiyinə görə o, yarışlardan diskvalifikasiya olunmalı və medalı geri alınmalıdır.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler