Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Olimpiya çempionu Nicat Rehimovu ölkeden didergin salanlar cavab vermelidir”

11 Ağustos 2016

9:32 am


11/08/2016 [13:29]: xeber –
Azərbaycanlı ağır atlet Nicat Rəhimov Rio olimpiadasında qızıl medal qazanaraq, Qazaxıstanın dövlət  bayrağını qaldırıb, himnini səsləndirməsi çox ciddi etiraza səbəb olub. Dünəndən başlayaraq facebook sosial şəbəkəsində  minlərlə insan buna öz etirazını bildirməkdədir. Etiraz edənlər arasında siyasi partiya nümayəndləri də var. BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı baş vermiş hadisənin utanc gətirdiyini qeyd edib:”Çox üzücü bir hadisə ilə rastalaşdıq. Minlərlə insan buna etiraz edir. Və təbii ki, haqlı olaraq. Nicat Rəhimov niyə öz vətənini təmsil etmir?! Bunun gunahı kimdədir? Olimpiada kimi mötəbər yarışda Azərbaycanı təmsil etməməsi sırf subyektiv səbəblərdən, kimlərinsə səhlənkarlığı, məsuliyyətizliyi, qeyri-peşəkarlığı üzündən baş tutubsa, mütləq bu məsələ araşdırılmalıdır. Nicatı Azərbaycan xalqı öz bağrında yetişdirib. O, Azərbaycan atletika məktəbinin yetirməsidir, dünənə qədər ölkəmizin adından çıxış edib və 2010-cu il Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında 69 kq çəki dərəcəsində qızıl medal gətirib Azərbaycana. Belə bir idmançını kim didərgin salıb Azərbaycandan? Kim qıyıb Nicata? Bütün bunlar araşdırılmalıdır. Nicata lağ ediblər ki, sənin atan çörək satan kişidir. O lag edənlərə demək lazımdır ki, çörək satan KİŞİnın oğlu Nicat Rəhimov olimpiya çemponu olur, Qazaxstanın adından. Azərbaycan dövlətinin idmana bu cür qayğısının olduğu halda, kimlərinsə məsuliyyətsizliyi səbəbindən bu vəziyyətlə rastlaşırıq. Olimpiadada iştirak edən dövlətlərin mükfatlarına baxdım. Azərbaycan öz idamancısına çox böyük maliyyə vəsaiti ayırıb. 400 000 manat! Bu faktın özü bir daha sübut edir ki, Azərbaycan prezidenti cənab İlham Əliyev idmana və idmançılara çox böyük dəyər verir. Belə bir qayğının olduğu halda Nicat Rəhimov hadisəsi hamımızı utandırır. Kimliyindən aslı olmayaraq bunu edənlər cavab verməlidir. Bizi utandıranlara ayıb olsun! Nicat Rəhimovu ölkədən perik salanlara ayıb olsun”.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler