Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Olimpiadada ilk medal: Rüstem Orucov finalda…

08 Ağustos 2016

7:56 pm


08/08/2016 [23:52]: xeber –
Rio Olimpiadasında cüdo yarışları davam edir.Qol.az-ın məlumatına görə, bu gün Azərbaycan cüdoçusu Rüstəm Orucov ilk görüşünə çıxıb.73 kq çəki dərəcəsində mübarizə aparan idmançımız 1/16 finalda qazaxıstanlı Didar Həmzəni sınağa çəkib. Görüş Rüstəmin qələbəsi ilə başa çatıb. O, rəqibini cərimə xalları hesabına məğlub edib.***Cdoçumuz 1/8 finalda avstriyalı Jak Benstedlə qarşılaşıb və bu görüşdə qalib gələrək 1/4 finala adlayıb. Bu dəfə Orucov 3 dəqiqə 3 saniyəyə ipponla qələbəyə nail olub. Onun 1/4 finaldakı  rəqibi Mikloş Unqvari (Macarıstan) olub. Vaza-Ari xalı ilə qələbə qazanan R.Orucov yarımfinala yüksəlib. İdmançımız yarımfinalda Saqi Muki (İsrail) ilə görüşüb. Rəqibinə qalib gələn Orucov finala yüksəlib. Bu isə o deməkdir ki, artıq idmançımız ən azı gümüş medalı təmin edib.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler