Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Olimpiadada hakimlerin qerarına soyunaraq etiraz eden meşqçiler cezalandırılıb

22 Eylül 2016

2:04 pm


22/09/2016 [18:01]: xeber –
2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında öz güləşçisinin məğlubiyyətinə soyunaraq etiraz edən monqolustanlı məşqçilər Tserenbatar Tsoqbayar və Byambarinçen Bayara 3 il müddətinə diskvalifikasiya ediliblər.Bu barədə Dünya Güləş Birliyi (UWW) qərar qəbul edib.UWW hər iki məşqçini 2019-cu ilin avqustunadək bütün yarışlardan kənarlaşdırıb, Monqolustan Güləş Federasiyası isə 50 min İsveçrə frankı (təqribən 83 min manat) məbləğində cərimələnib.Cəzaya səbəb olan olay sərbəst güləşçilərin 65 kq çəki dərəcəsində Mandaxnaran Qanzoriginin özbəkistanlı İxtiyor Novruzovla keçirdiyi bürünc medal görüşündə baş verib.Monqolustanlı pəhləvan 7:6 hesabı ilə öndə olduğu vaxt – sona 18 saniyə qalmış məşqçilərdən biri ilə xalçanın kənarında qələbəni qeyd edib. Hakimlər bu hərəkəti yarışdan imtina kimi dəyərləndirərək, Novruzova 1 xal veriblər. Nəticədə xallar bərabərləşib. Lakin sonuncu xalı qazandığı üçün özbəkistanlı güləşçi qalib elan olunub. Buna etiraz edən Tsoqbayar və Bayara xalça üzərinə qaçaraq, hakimlər önündə soyunmağa başlayıblar.Qeyd edək ki, qalmaqallı görüşün xalça hakimi azərbaycanlı Hicran Şərifov olub.(Report)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler