Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Ola bilsin, Beşer Əsede Rusiyada sığınacaq da verildi”

20 Eylül 2016

12:28 pm


20/09/2016 [16:24]: xeber –
“Suriya ətrafında baş verən hadisələrin gedişi onu göstərir ki, Rusiya ilə ABŞ bu məsələdə vahid mövqeyə gələ bilmirlər. Daha doğrusu, ABŞ Suriya məsələsində uduzduğunu etiraf eləmək istəmir. Rusiya da bunu başa düşdüyünə görə ABŞ-ın üzərinə gedir”.Bu fikirləri sayta açıqlamasında tanınmış politoloq Cümşüd Nuriyev Suriya ətrafında cərəyan edən son hadisələri şərh edərkən deyib.C.Nuriyev ilk olaraq Rusiya rəsmisinin “Türkiyə Suriya məsələsində əsnədi” fikrinə münasibət bildirib:“Türkiyə Suriya məsələsində əslində əsnəməyib, indi daha ağıllı siyasət yürüdür. Çünki Rusiya nə qədər məkrli siyasət yürütsə də, Türkiyə dövlətçilik təcrübəsi və ənənələri olduğuna görə, ilkin olaraq buraxdığı səhvi artıq düzəltdi. Yəni Ərdoğan əvvəlcə kor-koranə buna inanırdısa, indi inanmır və başqa siyasət yürüdür. Türkiyə artıq inandı ki, müsəlmanın müsəlmana qırdırılması ABŞ-ın siyasətidir və Rusiya da bu siyasəti həyata keçirirsə, deməli bu, Türkiyəni hörmətdən salmağa xidmət edəcək. Türkiyə sırf PKK ilə bağlı məsələlərdə daha çox Suriyanın azadlıq ordusu, yəni Bəşər Əsədə alternativ olan qüvvələrlə iş birliyinə girdi. Rusiyanın “Türkiyə Suriya məsələsində əsnədi” deməsi də buna görədir”. Politoloq daha sonra ABŞ-ın Suriya ordusunu vurmasına aydınlıq gətirib: “ABŞ-ın da başı həm prezident seçkilərini qarışıb, həm də ABŞ özü bir bəlaya düçar olub. Bunlar Trampın uğurlarından qorxurlar, Klintonu da seçə bilmirlər. Problem ondadır ki, Hillari Klintonun vaxtilə buraxdığı səhvlər, attdığı addımlar ABŞ-ın bu günü üçün, həm də gələcəyi üçün də çox ciddi problemlər yaradır və yaradacaq da. Əslində ABŞ heç Hillari Klintonun da, Trampın da prezident olmasını istəmir. Ancaq ikisindən birini seçmək məcburiyyətində qalıb və bu da ABŞ-ı çox çətin vəziyyətə salıb. Ümumilikdə ABŞ həmişə olduğu kimi suyu bulandırıb, bulanıq suda balıq tutmaq istəyir. Çox gözəl bilirlər ki, ABŞ-da olan hərbi texnika həddindən artıq çox dəqiqdir, 2-3 metr sədlə vura bilər. Onlar əvvəlcədən bilirdilər ki, oradakı Suriya ordusudur və qəsdən vurdular ki, Suriya ordusu artıq Hələbi azad edir. Və o müddət ərzində ABŞ özünün himayədarlıq etdiyi dəstəyə silah çatdıra bilsin, başqa sursatlar ötürə bilsin. Bütün bunlardan ötrü ABŞ onları vurdu və onu da bilirlər ki, Rusiya bu məsələni qaldıracaq. BMT-də də ABŞ-ın daimi nümayəndəsi Samanta Pauerlə  Rusiyanın daimi nümayəndəsi Vitali Çurkin arasında çox ciddi qarşıdurma oldu. Çurkin həddən artıq ağıllı və uzaqgörən bir diplomatdır, amma Samanta da qadın hisslərini qabartdığına görə, gördü ki, uduzacaq. Bütün hallarda ABŞ siyasət meydanında Suriya ilə bağlı məsələdə Rusiyaya uduzur. Ona görə də bir növ çalışırlar ki, Trampın dili ilə deyilən sözlərinin əməllərində təsdiqlənməsini istəmirlər. Çünki, Tramp bu məsələlərdə onları ittiham edir”. C.Nuriyev son olaraq Rusiyanın Suriya məsələsindəki son mövqeyini şərh edib:“Yaxın zamanda Suriyada atəşkəs razılığının da baş tutmaq ehtimalı çox yüksəkdir. Amma eyni zamanda Bəşər Əsədin də hakimiyyətdən getmə ehtimalı da var. Çünki Rusiya nə qədər onu dəstəkləsə də, bu onun tərəfdaşlarını qane etmir. Ola bilsin Bəşər Əsədə Rusiyada sığınacaq da verilsin və bu müddətdə də B.Əsəd ona lazım olan var-dövləti çıxara biləcək. Çünki Liviya, Misir, iraq onunçün nümunə oldu, həm də onun çıxaracağı vəsait də hazırda Rusiya üçün çox sərfəli bir şeydir. Mütləq şəkildə onun çıxaracağı vəsait dollar, avro və qızıl olacaq və bu ehtimal da çox yüksəkdir. Amma bütün hallarda Rusiya nə qədər ki, B.Əsədlə öz siyasətini başa çatdırmayıb, hələ Suriyanı buraxmayacaq, sonra isə onu dəyişdirəcəklər. Yaxın bir il ərzində bu prosesin baş tutma ehtimalı çox yüksəkdir. Çünki 2018-ci ildə Rusiyada Putinin yenidən prezident seçilməsindən ötrü son seçkilərdən sonra bir növ tək hakimiyyətliliyə, dövlət dumasında birmənalı şəkildə inhisarçılığa nail oldular. Bunu da davam etdirəcəklər. Bu, Rusiyanın tutduğu siyasi xətdir. Ona görə də yaxın 1-2 il ərzində Rusiya Suriya ilə bağlı öz mövqeyindən dönməyəcək və bu, birmənalıdır”.Rumiyyə MİRASLAN


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler