Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Oğurlamaq istediyi ata yapışıb qaldı…

04 Ekim 2016

5:40 pm


04/10/2016 [21:37]: xeber –
“İman gətirən, xeyirli işlər görən, namaz qılan, zəkat verən şəxslərin Rəbbi yanında mükafatları vardır. Onların (Allahın dostlarının) heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər!” “Quran”, “İnək” surəsi, 277- ci ayə. Allah tərəfindən övliyalıq məqamı ilə mükafatlandırılan möminlərdən biri də Hacı Cəbrayıl əfəndidir. O, Dağıstanın Zaxur kəndində doğulsa da, Qax rayonunun Ləkit kəndində yaşamış və fəliyyət göstərmişdir. Gəncliyində təsəvvüf elminin sirlərinə dərindən yiyələnmək və mənəvi zənginləşmək üçün Almalı Şeyx Mahmud əfəndiyə intisab etmişdir. (Şeyx Mahmud əfəndi haqda bax: http://moderator.az/news/150138.html )Şeyxi 300 müridi içərisində Cəbrayıl əfəndiyə xüsusi diqqət və qayğı göstərirdi ki, bu da onun kəramətli olması ilə bağlı idi. Təsadüfi deyildir ki, Mahmud əfəndi dini təbliğ etmək üçün müridlərindən cəmi 8 nəfərə xilafətnamə (icazənamə) vermişdir ki, onlardan da biri Hacı Cəbrayıl əfəndi idi. O, mürşidinin tapşırığı ilə Qax rayonunun ləkit kəndində İrşad fəliyyəti göstərmişdir.Dağıstanın Zaxur mahalının imamı və Hacı Cəbrayıl Əfəndinin müasiri olan məşhur övliya Şüayb Əfəndi öz xatirələrində yazır:“Mən Zaxurda imam işləyən vaxtı ora Hacı Cəbrayıl əfəndi gəldi. Həmzət əfəndi ilə Küsay əfəndi də onunla idi. Zaxur camaatı onları çox böyük ehtiramla qarşıladı. Hamı onları yeməyə dəvət etmək istəyirdi. Onlar kənddə olan vaxtda mən onlardan bir addım da olsa kənara ayrılmadım. Cəbrayıl əfəndi məni özü ilə üzbə-üz, diz-dizə otuzdurdu. Mən ondan həya edirdim. Mürşidim Küsay Əfəndi utandığımı görüb gülümsündü. Bu vaxt mən ustadımı çox sevdim. Hacı Cəbrayıl Əfəndi dedi: “Oğlum, Şüayb Əfəndi, Zaxur cammatının bu qədər hörməti qarşısında mən xəcalət çəkirəm ki, bir vaxtlar buradan köçmüşəm”O, məndən göz yaşları ilə ayrıldı. Ağlamağından hiss etdim ki, biz bir də görüşməyəcəyik. O, dedi: “Şüayb, əgər Allah imkan versə, biz bir də görüşəcəyik”. Amma, biz bir də görüşmədik. Cəbrayıl əfəndidə çoxlu kəramətlər var idi. Müridlərindən (tələbələrindən) Hacı Abdurahman əfəndiyə icazənamə verdi. Abdurahman Əfəndi 1892-ci ildə rəhmətə getdi”. Hacı Cəbrayıl əfəndi bir gün yaxın adamlarından bir neçəsini çağırıb Şəkiyə göndərir. Tapşırır ki, Şəkidə filan məhəllədə, filan formada darvazası olan ev var; girin evin həyətinə, bir qadının qızıyla bərabər eyvanda oturduğunu görəcəksiniz. O qadınla qızı kimsəsizdirlər. Qadına deyin ki Cəbrayıl əfəndi səni özünə arvad etmək istəyir, qızını da götürüb gəlsin. Zeynəb adlı həmin qadın Cəbrayıl əfəndinin təklifini məmnuniyyətlə qəbul etdi. Yanında gətirdiyi qızı Ümmügülsümü isə, sonralar Cəbrayıl əfəndi öz oğlu Abdurəhman ilə evləndirdi. Hacı Cəbrayıl əfəndinin kəramətləri ilə bağlı çoxlu əhvalatlar danışılır. Deyilənə görə şeyxin  atını oğurlamaq üçün təvləyə girən oğru ata yapışmış halda qalır. Axşamdan səhərə qədər nə atdan əlini qopara bilir, nə də tövlədən çıxa bilir. Dan yeri söküləndə övliya öz həyat yoldaşı Zeynəbi göndərir ki, get oğruya de ki, getməyinə icazə verirəm, amma bir də oğurluq etməsin. Həmin oğru oradaca tövbə edir və bir daha oğurluqla məşğul olmur.Kəramətləri ilə məşhur olan Hacı Cəbrayıl əfəndi 1889-cu ildə dünyasını dəyişdi, Ləkit kəndində də dəfn olundu. Qəbrinin  üzərindəki günbəzin üstünü 1937-ci ildə sovet hökuməti sökdürdü.Sonralar nəslindən olanlar günbəzin üstünü təmir etdirdilər. Hacı Cəbrayıl əfəndinin yolunu oğlu Abdurahman əfəndi davam etdirdi. O, Ləkit kəndində atasından qalan mədrəsədə tələbələrə dərs verirdi. 1892-ci ildə vəfat edən Abdurəhman əfəndinin yurdunda bu gün nəvəsi Əfəndiyev Abdulla Nuriddin oğlu yaşayır. O da ata-babalarının yolu ilə gedərək “Quran”ı təbliğ edir.Paşa Yaqub – tədqiqatçı-yazıçıQax – Bakı Müəllifin arxivi:www.moderator.az/search?q=pa%C5%9Fa%20yaqub


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler