Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Oğlunu atan ananın sevgi maceraları…

01 Ağustos 2016

3:08 pm


01/08/2016 [19:06]: xeber –
Əhməd Əyyubov 1989-cu ildə Bakı şəhərində anadan olub. Bir yaşı olanda içkiyə qurşanan atası həyat yoldaşından ayrılıb. Əhmədin anası 3-cü qrup əlil və lal-kar olduğundan oğlunu böyüdə bilməyib. Bu səbəbdən Əhməd bir müddət anasının bibisi Səfurə xanımın himayəsində, sonradan isə internat evində yaşamalı olub. Artıq 24 yaşı var. Redaksiyaya üz tutan Əhməd 24 illik acınacaqlı həyatından danışıb…Əhməd deyir ki, azyaşlı vaxtlarından pula ehtiyacı olduğu üçün işləməyə başlayıb: “Hələ orta məktəbə getmirdim. 5-6 yaşlarım olardı, evimizin yaxınlığındakı mağazada işləyirdim. Anamın bibisi ilə yaşayırdım”.”Anam mənə baxmırdı, günlərlə evə gəlmirdi” 7 yaşında orta məktəbə getsə də, Əhməd yenə də əmək fəaliyyətini davam etdirib. Onun sözlərinə görə, mağazada günəmuzd işləyib: “Günün sonunda mağaza sahibi mənə 3 manat verirdi. İşləməyə məcbur idim. Çünki ailə vəziyyətimiz çətin idi. Anam mənə baxmırdı, günlərlə evə gəlmirdi. Məktəbə getmirdim, evdən qaçırdım. Küçələrdə butulka yığıb pul qazanırdım. Məqsədim məni böyüdən Səfurə xalaya əziyyət verməmək idi. Çünki o vaxt Səfurə xala işləmirdi, 70 yaşı vardı, pensiya ilə dolanırdı. Məktəbə getmədiyimdən, dərslərimi oxumadığımdan 1-ci sinfi bitirəndən sonra məni orta məktəbdən çıxartdılar”. “Anam məni istəmirdi, evdən qovurdu” Əhmədin sözlərinə görə, məktəbdən çıxarılandan sonra Səfurə xanım onu Mərdəkanda yerləşən 2 saylı internat məktəbinə qoyub. Burada isə 5-ci sinfə qədər oxuyub: “İnternat məktəbdə olduğum 4 il ərzində anamın üzünü bir dəfə də görmədim. Ayda iki dəfə anamın bibisi məni məktəbdən götürüb evə gətirirdi. Bu müddətdə anamı görmürdüm”. Onun bildirdiyinə görə, anasını görmək üçün min bir bəhanə ilə internat məktəbdən çıxıb evə gəlirmiş: “Anam məni evdən qovurdu. Deyirdi ki, səni istəmirəm, mənim sən adda oğlum yoxdur”. 2 saylı internat evindən də çıxarılan Əhməd bu dəfə Şüvəlan qəsəbəsində yerləşən əlillər üçün internat məktəbinə yerləşdirilir. “O məndən qaça bilməzdi” O 7-ci sinfə qədər həmin məktəbdə oxuyub. Amma dəcəl olduğu üçün buradan da qovulub: “Bu məktəbdən qovulanda artıq Səfurə xala rəhmətə getmişdi. 2001-ci ilin fevralında anam məni öz himayəsinə götürdü. Artıq böyümüşdüm, həyatı başa düşürdüm. Anam isə məni başından etmək üçün aldadaraq Quba şəhərində yerləşən peşə məktəbinə qoydu. 3 il 4 ay orada oxudum. Qubada olduğum müddətdə sözün əsil mənasında həyatın dəyərini, anlamını, müqəddəsliyini dərk elədim. Həmin məktəbdə Eynulla müəllim var idi. Məni məcbur oxutdurdu. 18 yaşım tamam olanda peşə məktəbini bitirdim”.Əhməd peşə məktəbini bitirdikdən sonra 2007-ci ildə hərbi xidmətə yollanıb. Hərbi xidmətini başa vurandan sonra anası ilə yaşamağa başlayıb. Bundan sonra anası doğma övladının başına daha dəhşətli oyunlar açıb: “Anamın bibisi evini mənim adıma keçirməyi vəsiyyət etmişdi. Rəhmətə gedəndən 3-4 ay sonra “Təzə Pir” məscidinin yanında bibimə məxsus olan həmin ev satıldı. Anam məni aldadaraq dedi ki, orada yaşamağa qorxur, guya həmin evə ruhlar gəlir. Sonra metronun “Xalqlar dostluğu” stansiyasının yaxınlığında 1 otaqlı mənzil aldı. Anam isə həmin müddətdə əvvəlcə gürcü, sonra bir ingilislə yaşayırdı”. Qeyd edək ki, Əhməd dünyaya gələndə anasının 15 yaşı olub: “Mən bir xəta ucbatından dünyaya gəlmişəm. Buna görə də anam mənə baxmaq istəməyib, küçəyə atıb. Çünki cavan olub, həyatını yaşamaq istəyib”. Atalı-analı yetimAtası ailəsini atandan sonra ailəsinə demək olar ki, baş çəkməyib: “Atam əslən Sabirabad rayonundan idi: “Təxminən 5-6 yaşlarım olardı. Atam həmin vaxt gəlib anamın bibisinə 10 “şirvan” vermişdi. Bundan sonra atamın üzünü görməmişəm, ailəmizə heç bir yardım etməyib. Birinin atası öləndə, yetim qalır. Mən isə atalı-analı yetim qalmışam”.Nənənin nəvədən imtinası Əhmədin sözlərinə görə, sonralar özü də atası ilə maraqlanmayıb: “İndi atamın yaşı yəqin ki, 50-dən çox olar. Anamın bibisi mənə deyirdi ki, atam Sabirabad rayonunda yaşayır. Ailəsi, övladları olduğunu bildirirdilər. Uşaq vaxtı anamın bibisi məni atamla görüşdürmək üçün Sabirabada aparıb. Ata tərəfdən olan nənəm həyətdəki iti üstümə qısqırdıb, deyib ki, bizim belə adda nəvəmiz yoxdur”. Əhmədin sözlərinə görə, anası onu atandan sonra başqa-başqa kişilərlə yaşayıb: “Anam məni atandan sonra Gürcüstana gedib-gəlir, öz həyatını yaşayırdı. Heç kimdən çəkinən yerim yoxdur. Anam kefini çəkirdi. Kişilərlə internet vasitəsilə tanış olurdu. Gürcü oğlanla tanış olmuşdu, bir müddət onunla yaşadı. Anam işləyib onu da saxlayırdı. 5 ildən sonra həmin oğlan anamı tərk etdi. Sonradan başqa bir Gürcüstan vətəndaşı ilə yaşadı. Artıq bu vaxt ağlım kəsirdi, böyümüşdüm. Mən əsgərlikdə olduğum müddətdə anam cəlilabadlı bir oğlanla tanış olmuşdu. Əsgərlikdən qayıdandan sonra bunları ayırdım, birgə yaşamağa qoymadım. Hər gün anamın yaşadığı bəylə dava-dalaş edirdim. Hətta həmin bəy anama deyirdi ki, yaşadığımız evi satıb, həmin puldan ona 5 min manat versin. Birotaqlı mənzil dəyərində məbləğin mənə çatacağı təqdirdə evin satılmasına razılaşdım. Məqsədim həmin pulla özüm üçün ayrıca ev almaq idi. Ancaq anam məni aldatdı, evi satdı, bir otaqlı mənzil aldı. Mənə isə pul vermədi”. “Anamı qəbul etmirəm” Əhməd deyir ki, anası indi Suraxanı rayonunda lal-kar bir oğlanla yaşayır: “O, yaşda məndən balacadır. Anam iki ilə yaxındır onunla yaşayır. Bu davranışını qəbul etmirəm, ona görə də evə getmirəm. Anam pul sevən insandır. Ona pul ver, bütün nəslindən imtina eləsin. O, doğma bacıları, hətta anası ilə də düşmənçilik edir. Anamın anası hazırda Bayıl qəsəbəsində yaşayır, xəstədir”. Əhmədin sözlərinə görə, hazırda qeydiyyatda olduğu evi də anası satıb: “Buna görə də qeydiyyat məsələm problem olaraq qalıb. Heç kim məni qeydiyyatla bağlı öz öhdəliyinə götürmür. Nizami rayon Pasport Qeydiyyat İdarəsinə gedirəm, mənə deyirlər ki, ev satılıb, buna görə də qeydiyyatdan çıxıb, qeydiyyat üçün ananın üstünə düşməlisən. Anam isə razılaşmır…” “Gözəl ailə başçısı olmaq istəyirəm” “Uşaqlıqda məndən soruşurdular ki, kim olmaq istəyirsən. Deyirdim ki, gözəl ailə başçısı olmaq istəyirəm. Atasız bir insanam, güvənə biləcəyim həyatda olmayıb, indi də güvəndiyim insan yoxdur. Ümid insan öldüyü zaman bitir. Heç bir zaman ümidimi itirməmişəm. Anamın belə bir vəziyyətini nəzərə alıram. Hər kəsin başına gələ bilər. Bəzən insanları qınayırlar. Amma mən heç kimi qınamıram. İstəmirəm ki, məni də qınasınlar. Dul, şikəst qadın mənim qəbulumdur. Belə insanlarla evlənib, xoşbəxt həyat sürərdim. Bu mənim içimdən gələn bir duyğudur. Məqsədim odur ki, gözəl ailəm olsun. Həyatda sevgi görməmişəm”./qadinlar.biz/


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler