Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Oğan uşağı gözleyirdi, qucağına qız verdiler – İşe mehkeme qarışdı / HADİSƏ

02 Eylül 2016

10:12 am


02/09/2016 [14:10]: xeber –
Adanada ultrasəs müayinən nəticələrinə görə oğlan uşaqları olacağını gözləyən ailənin qucağına bir qız körpəsi verən, sonra da qan qrupunun valideynlərin qanı ilə uyğun gəlmədiyini söyləyən həkimlər Aslankeser ailəsinə ikiqat şok yaşadıb. Ana bağlandığı körpəni itirmə qorxusu ilə DNT testi istəmədiyindən uşağı da götürərək evi tərk edib. Ailə prokurorluğa şikayət ərizəsi verib, məsələ ilə bağlı istintaq başlayıb.sayt Türkiyə mediasına istinadən Aslankəsər ailəsinin uşaq həyəcanını və sevincini kabusa çevirən, valideynləri ayrılma nöqtəsinə gətirən şok hadisənin təfərrüatlarını təqdim edir.  Elektrik ustası olan Tunahan Aslankeser (30) ilə Bürcü Aslankeser (25) 30 yanvar 2015 tarixində evlənib. Evləndikdən bir müddət sonra Bürcü Aslankeser ərinə hamilə olduğu müjdəsini verib. Bürcü Aslankeser daha sonra ardıcıl olaraq xəstəxanaya müayinəyə getməyə başlayıb. Hamiləliyin ilk dövrlərində bir tibb mərkəzinə gedən Aslankesere həkim körpənin oğlan olduğunu deyir. Daha sonra  Aslankesere doğuşa qədər getdiyi 3 ayrı həkim də körpənin oğlan olduğunu bildirir. Aslankeserin 31 İyul 2016 tarixində doğum sancıları başlayanda qeysəriyyə üsulu ilə doğuş keçirir. Narkozun təsiri keçdikdən sonra gözünü açan ana uşağını qucağına alır. Ancaq 9 ay ərzində həkimlərin körpənin oğlan olduğunu söyləməsinə baxmayaraq qucağına verilən körpənin qız olduğunu öyrənir. Dərhal həkimlərdən səbəbini soruşur, ancaq ona hamiləlik dövründə belə səhvlərin olduğunu deyirlər. Ana və uşaq bir müddət sonra da xəstəxanadan çıxır. Valideynləri Hira Nur adını verdiyi körpəni ana 3 gün sonra ailə sağlamlığı mərkəzinə apararaq hər hansı bir xəstəliyinin olub-olmadığını öyrənmək üçün  qan verirlər. Ailə ən dəhşətli şoku isə bundan sonra yaşayır. Belə ki, ailə sağlamlığı mərkəzindəki həkimlər araşdırma apararkən körpədən götürülən qanın ana və atanın qan qrupuna uyğun gəlmədiyini fərq edirlər. Ailəyə zəng vuraraq , tibbdə belə bir ehtimalın olmadığını bildirirlər. Ailə dərhal ailə sağlamlığı mərkəzinə gəlir, ana və atadan təkrar qan götürülür. Ancaq nəticə dəyişmir. Bundan sonra Aslankeser ailəsi başqa xəstəxanalara və tibb mərkəzlərinə gedərək qan qrupu testi etdirirlər, amma hər yerdə eyni nəticə ortaya çıxır. Ailə 9 ay ərzində oğlan gözlədikləri körpənin doğumdan sonra qız olması səbəbindən də bu vəziyyətdən çox şübhələnir və dərhal doğuşu həyata keçirən xəstəxanaya müraciət edir. Xəstəxana isə körpələrin qarışma ehtimalının olmadığını bildirir. Aldıqları cavabdan qane olmayan ailə Ailə Respublika Prokurorluğuna müraciət edir və hüquqi proses başlayır. Bu prosesə görə həm ana, həm də atadan qan alınaraq DNT testi aparmaq lazım gəlir. Ata qan nümunəsini verir, ancaq ana qan nümunəsi verib DNT testi etdirmək istəmir. Ana ötən cümə günü körpəsini də götürüb evdən qaçır və sığınacaq evinə yerləşir. Ana DNT testindən sonra uşağın özünün olmadığı aydınlaşarsa, ondan alınacağından qorxduğunu, öz körpəsi olmasa da onu çox sevdiyini və bu səbəbdən DNT testi etdirmək istəmədiyini deyib.Gəlinin doğuş keçirdiyi xəstəxanada həmin gün doğuş keçirən 3 ailənin də körpələrinin qarışdığını iddia etdiyini vurğulayan qaynana isə bunları deyib: “3 şikayət olunub, biz də eyni vəziyyətdəyik deyiblər. Biz qız uşaq gözləyirdik oğaln verdilər deyənlər var. Bu hadisə eyni gecə, həmin gün olub. Xəstəxanada körpələr də qarışmış ola bilər. Bunun üçün də oğlum və gəlinimin bir an əvvəl DNT testi verməsi lazımdır”. Xəstəxana rəsmiləri isə Aslankeserin doğuş etdiyi gün 2 saat öncəsi və 2 saat sonra çox doğuş olmadığını, körpələrə doğuşdan dərhal sonra adlarının yazıldığı qolbaq taxıldığını, daban qanı və ayaq izi alındığı, qarışma ehtimalının çox zəif olduğunu bildirilib. Qeyd edək ki,  Adana valiliyi məsələ ilə bağlı istintaqa başlayıb, o gün xəstəxanada çalışan süpürgəçidən həkiminə qədər hər kəsin ifadəsi alınıb.  Zəhra


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler