Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Odda yandırılan, denizde boğdurulan söz ve fikir adamları -DƏHŞƏTLİ EDAMLAR

03 Ekim 2016

9:44 am


03/10/2016 [13:43]: xeber –
Zaman və məkandan asılı olmayaraq söz məfhumu hər bir cəmiyyətdə yüksək nüfuz sahibi olub. Bəzən söz adamlarının dedikləri həqiqətləri dövrün hakimi-mütləqləri qəbul etməyib və bu onların (söz sahiblərinin) faciəvi edamlarına səbəb olub.sayt təqdim edəcəyi yazıda dünyanın ayrı-ayrı ölkələrində dəhşətli edam cəzasına məruz qalan söz adamlarından danışacaq. Onların arasında Azərbaycan şairi Nəsiminin də adı var:Nəfi:XVII əsrin Osmanlı imperiyası özünün siyasi çaxnaşmaları, hərc-mərciliyi ilə seçilirdi. Sultan II Osman və II Murad dönəmində Osmanlıda gərgin siyasi hadisələrin, üsyanların, edamların bir-birini əvəz etməsi adi hala çevrilmişdi. Belə bir şəraitdə isə şairlərin də həcv yazması qadağan olunmuşdu. Əsasən məddahlıqla məşğul olan saray şairlərinin mədhiyyə, fəxriyyə, gözəlliyin tərifi ilə dolu qəsidələri şeir adı ilə səsləndirilir, həqiqəti, acı sosial durumu özünə əks etdirən həcvləri yazanlar isə ağır şəkildə cəzalandırılırdı. Fərqli xarakterə və yüksək təhsilə malik şair Nəfi isə həcv yazmaqdan çəkinmir, sosial ədalətsizliyi bununla dilə gətirirdi. 1635-ci ildə Osmanlı sədrəzəmi Bayram paşa haqqında yazdığı həcv isə sonuncu şikayəti oldu. Bundan sonra Nəfinin edamına fitva verilir. Şairi sarayın gizli yerlərinin birində kəndirlə boğub, cəsədini isə dənizə atırlar.Tomas MorMəşhur “Utopiya” əsərinin müəllifi, “bütün zamanların insanı” adlandırılan Tomas Mor da faciəvi şəkildə edam edilən söz, fikir adamları arasındadır. XVI əsrin əvvəllərində vaxtilə böyük ümidlər bəslədiyi və şəninə mədhiyyələr də yazdığı kral VIII Henri tərəfindənedam cəzasına məruz qalır. Kral onun yaxın dost olsa da, Tomas Mor VIII Henrinin kilsənin başına keçməsinə, katolik dinini ləğv etməsinə qarşı çıxdı. Bu səbəbdən də kralın qəzəbinə düçar oldu. Kral əvvəlcə Tomas Morun yavaş-yavaş, işgəncələr içində əzab veriləcək edam olunmasına əmr verir. Daha sonra onun əvvəlki xidmətlərini nəzərə alaraq fikrini dəyişdirir: edamı başın kəsilməsi ilə əvəz edirlər.Pir Sultan AbdalXVI əsrdə yaşayan xalq ozanı, təriqət rəhbəri, ədalətsiz şahlara qarşı qaldırılan üsyanın başçısı Pir Sultan Abdalın adı bugün də çəkilir və şair bugün də çox sevilir. Azərbaycanda Şah Təhmasibin, Osmanlıda isə Sultan Süleyman Qanuninin dövründə özünün açıqfikirliliyi ilə seçilən şeirlər yazırdı. Təsəvvüf ruhunda yazdığı şeirlərdə üsyançı, barışmazlıq dalğaları da hiss olunub ki, bu da onun sonradan edam olunmasına səbəb olub. Səfəvi Qızılbaşlarına və şiəliyə yaxın ideyaları şeirlərində əks etdirdiyi üçün Osmanlı valisi tərəfindən ölümünə fitva verilib. Əllərini zəncirlə bağlayıb valinin hüzuruna gətirdikləri zaman vali ondan misralarında “Şah”, “Əli” sözlərinin işlənmədiyi üç qoşmanı oxumağı tələb edir. Pir Sultan isə oxuduğu hər üç şeirdə İmam Əlinin adını çəkir.NəsimiBöyük Azərbaycan, Şərq mütəfəkkiri Nəsiminin edamı təbliğatçısı və əsas siması olan hürufilik fəlsəfi təliminə görə olub. Fəzlullah Nəiminin yaratdığı və qayəsində kainat sirlərinin əks olunduğu hürufilik cərəyanını Nəsimi öz şeirləri vasitəsilə bütün Şərq miqyasına çıxara bildi. Elə bu səbəbdən də 1417-ci ildə Hələb şəhərində dövrün ruhani rəhbərlərinin fitvası ilə dərisi soyularaq öldürülür.Cordano BrunoQərbdə panteist fikirləri inkiş.af etdirən böyük filosof, din xadimi Cordano Bruno da faciəvi şəkildə edam edilib. O, kosmoloji dünyagörüşü səbəbindən kilsə tərəfindən təzyiqlərə məruz qalır və 1600-cü ildə yandırılaraq edam edilir. Onun edam olunduğu yerdə, Romanın Güllər meydanında sonralar alimə abidə ucaldıldı. Həmin abidənin üzərində bu sözlər həkk olunmuşdur: “O, bütün xalqların fikir azadlığı uğrunda öz səsini ucaltmış və bu azadlıq yolunda da ölümə getmişdir”.Elmin Nuri


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler