Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Öcalan edam oluna biler…

08 Ağustos 2016

2:24 pm


08/08/2016 [18:23]: xeber –

AKP-li millət
vəkili Ali Özkaya, ölüm hökmünün qəbul edildiyi halda, bu hökmün  terror təşkilatının başçısı Öcalana da tətbiq
olunacağını bildirib. Millət vəkili “Öcalan həbsxanada olmasına baxmayaraq içəridən
verdiyi təlimat ilə yeni bir əsgərimizin şəhid olmasına səbəb olarsa və bu
sübut edilərsə, edam hökmü ona da tətbiq olunar” deyib.

 AKP-li millət vəkili Ali Özkaya bir televiziya
kanalında qatıldığı proqramda jurnalistin “Edam hökmü məsələsində sizin
bir sıra təşəbbüsləriniz var, dövlət çevrilişinə cəhd edənlər edam edilərsə, bu
edam qanunu Abdullah Öcalan üçün də keçərli olarmı” sualını cavablayıb. O
bildirib ki, konstitusion dəyişikliyi və cəza qanunu dəyişikliyi qəbul edildikdən
sonra Öcalanın yeni bir göstərişi müəyyən edilərsə və bunun nəticəsi sübut olunarsa,
heç şübhəsiz ki, Öcalan edam edilə bildirib.

Millət vəkili
bunları deyib: “Həm
konstitusiyamızın 37-ci maddəsi, həm də konstitusiyanın 2-ci maddəsinə görə
hüquqi dövlət prinsipində cəza hökmləri geriyə doğru işləməz. Dolayısı ilə
bizim bu gün qəbul edəcəyimiz edam cəzası əvvəlki cinayətlər üçün keçərli deyil.
Ancaq içindən keçdiyimiz prosesdəki çevriliş cəzası baxımından belə bir fərqlilik
var, çevriliş cəhdi kollektiv olaraq işlənən bir cinayətdir”.

 Zəhra 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler