Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Obamaya VİDEOMÜRACİƏT eden azerbaycanlı gencle – MÜSAHİBƏ – VİDEO

15 Ekim 2016

6:56 am


15/10/2016 [10:55]: xeber –
Son günlər ABŞ prezidenti Barak Obamaya videolu müraciət edən AKP-li Cafer İşler Türkiyədə məşhurlaşdığı qədər Azərbaycanda da böyük səs-küy yarada bildi.Azərbaycanlı gənc Fuad Rəsulzadə sosial şəbəkələrdə Cafer İşlerin həmin videosundan təsirlənərək hazırda Amerikada yaşayan və Azərbaycanın sabiq Məclis Başçısı və Baş nazir müavini Rəsul Quliyevlə bağlı eyni cür video hazırlayıb. Bununla da Obamaya səslənib.Həmin görüntülər və Fuad Rasulzadə ilə hazırladığımız müsahibədən əvvəl bir az onu tanıyaq…Fuad Rasulzadə BDU-nun (Bakı Dövlət Universiteti) tarix fakültəsinin məzunudur. Magistratura təhsilini Qafqaz Universitetində davam etdirib. “Xəzər Tv”də yayımlanan “Aramızda Qalsın” serialının ssenaristlərindən olub. Həmçinin digər telekanallarda da veriliş redaktoru və ssenarist olub. Sonradan isə “Genna Baku Reklam Agentliyi”ndə reklam ssenaristi kimi işləməyə başlayıb. Bir vaxt məşhurlaşan “Zəif Bənd” verilişinin qalibi olub. Bununla yanaşı, “Show Tv”də yayımlanan Okan Bayülgen və Bülent Özverenin təqdimatı ilə keçirilən “Bir milyon kimin” yarışmasının da iştirakçısı olub. Hazırda isə Rusiyada yaşayır və özəl sektorda işləyir.sayt Fuad Rəsulzadə ilə müsahibəsini təqdim edir:-Bu videodan sonra sizə hər hansı təzyiq oldumu?-Heç bir təzyiq olmadı. Bəlkə də bizim deputatlardan Məlahət xanımı parodiya etsəydim, milli məclisdə deyərdi ki, “təklif edirəm Fuad Rəsulzadənin profilini sındıraq”.-Ümumiyyətlə, millət vəkillərinin xarici dil bilməsi mütləqdirmi?-Millət vəkillərimizin xarici dil bilməsi qırağa, öz dilimizi düzgün bilsələr, bəsimizdir.–Sizcə, manat üzə bilir?-Eynşteynin bir sözü var. Deyir, “hər kəs dahidir, əsas odur ki, o dahiliyi üzə çıxara bilək”. Əlavə edir ki, “məsələn, balıq yaxşı üzür, amma balığı ağaca dırmaşdırmağa çalışsanız, onun istedadını məhv edərsiniz”. Məncə, manat da elədir. Manat bəlkə də ağaca yaxşı dırmaşar, amma biz ondan üzmək tələb etsək, onu məhv edərik. Necə ki, hazırda edirik.–Bu videonu hansısa sifariş əsasındamı hazırlamısınız?–Allahdan gizli deyil, sizdən nə gizlədim. Bu videonu çəkməyə xaricdəki dostlarım Elçin və Ruslan kömək edib. Belə desək, çoxlarının düşündüyü kimi bəli, mən xaricdən maliyyələşirəm.–Türkiyə əhalisinin ümumi xarici dil problemi nədən qaynaqlanır?-Bu, türklərin reallıq hissini itirməsiylə bağlıdır. Adi bir şey deyim. Türklər deyir ki,türk diliylə Çindən İspaniyaya qədər problemsiz anlaşa bilərsiniz. Amma mən hazırda işimlə bağlı Rusiyadayam. İşçilərimizdən biri özbəkdir, onunla rusca danışırıq. Burada türk dili işə keçmir.-Videodan sonra hansı reaksiyalar oldu? Bundan sonra da videolar olacaq?      -Bilirsiniz, əslində mənim üçün “like”, “share” və s. kimi şeylər maraqsızdır. Dünya laykı dünyada qalacaq. Təbii ki, bu dediklərim yalandır. Videonu paylaşandan sonra tez-tez girib baxırdım ki, kim bəyənib, kim paylaşıb, neçə baxış olub…Ümumiyyətlə, “like” məsələsi mənim üçün çox ciddi məsələdir. Müdir olsam, postumu, statusumu bəyənməyən işçimi işdə burunlayaram. Necə yəni müdirin statusunu bəyənmirsən?! Ola bilər işçim desin ki, açığı xoşuma gəlmədi, obyektiv davranıb bəyənmədim.. Mən də onu işdən qovub deyərəm ki, get obyektivliyini işədüzəltmə şirkətində axtar.Amma reaksiyalar gözlədiyimdən çox yaxşı idi. Bəyənənlər, paylaşanlar, mesaj yazıb təşəkkür edənlər, dostluq göndərənlərin hər birinə təşəkkür edirəm. Sizə səhifənizdə paylaşdığınız üçün ayrıca təşəkkür edirəm. Növbəti videoroliklərə qaldıqda isə təbii ki, olacaq. (Admiral.az)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler