Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Obamaya qeyri-adi iş teklifi…

22 Haziran 2016

6:40 pm


22/06/2016 [22:39]: xeber –
ABŞ prezidenti Barak Obama ilə əlaqədar agentliklərə düşən xəbərdə “Təxminən yeddi ay sonra iş axtaracam və bundan dolayı xoşbəxtəm. LinkedIn hesabı açacam və qarşıma nələr çıxacağına baxacam” şəklində şərhi olub. Obamanın iş axtardığını televiziyalardan izləyən Türkiyənin Kadirli bölgəsindən 8 şöbəli bir marketlər kompleksinin sahibi iş adamı Noyabr Yasdıoğlu Obamaya Twitterdən tweet ataraq marketdə dəzgahdarlıq təklifi verib.”Gəlib, qəbul etsə, çalışsa başım gözüm üstə”—deyən Yasdıoğlu “Dünən xəbərlərdə izlədim. Hörmətli Barak Obama iş axtarırmış. Mənim də onsuz da 156 işçim var. O da bizimlə çalışsa 157 olur. Yalnız bir şərtim var. 7 ay prezidentlik müddəti qalıb. 7 ay orada durub dünyada sülhü təmin etsin. Qəssab, meyvəsatan bölümümüz də var. Marketimizin qapıları sonuna qədər üzünə açıqdır. İstədiyi hissədə çalışa bilər”—deyib.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler