Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Obama Trumpı “gicbeser” adlandırdı…

08 Eylül 2016

6:08 pm


08/09/2016 [22:07]: xeber –
ABŞ prezidenti Barack Obama prezidentliyə respublikaçı namizəd Donald Trump-ı “məlumatsız” adlandırıb və onun ideyalarının “gicbəsər” olduğunu deyib. .Bundan əvvəl Trump bəyan etmişdi ki, Rusiya prezidenti Vladimir Putin Obamadan daha yaxşı prezidentdir.Laosda çıxış edən Barack Obama deyib ki, hər dəfə cənab Trump danışanda onun prezidentliyə uyğun olmadığı daha da aydın görünür.Çərşənbə günü televiziya ilə translyasiya olunan çıxışında Trump Putinin ölkəyə “əla nəzarət etdiyini” və onun etimad reytinqinin 82 faiz olduğunu demişdi.Cənab Obama bu bəyənatla bağlı şərh verərkən deyib: “Mən düşünmürəm ki, bu adam Birləşmiş Ştatların prezidenti olmağa layiqdir və hər dəfə o danışan kimi bu qənaət daha da möhkəmlənir”.Obama deyib ki, Trump verdiyi bəyanatlara görə məsuliyyət daşımır və ortalığa heç bir konkret plan qoymur.Sözü gedən çıxışında Donald Trump deyib ki, Putin onun haqqında tərifli sözlər söyləyib və o da bu komplimetntlərə komplimentlə cavab verir.Trump deyib ki, o, prezidentliyə namizəd kimi bir sıra həssas məlumatlara girişə malikdir və tanış olduğu sənədlər prezidentin, xanım Clinton-un və John Kerry-nin bütün fəaliyyətinin kəşfiyyat ekspertlərinin dediklərinin əksinə olduğunu göstərib.Çərşənbə günü keçirilən forumda Trump deyib kİ, “mən İraq müharibəsinin tamamilə əleyhinə olmuşam”.ABŞ mediası yazır ki, Donald Trump 2002-ci ildə mətbuata müsahibəsində bunun tam əksini bildirmişdi.Barack Obama ictimaiyyəti və mətbuatı Trump-ın dediklərini izləməyə və ona suallar verməyə çağırıb.ABŞ prezidenti bildirib ki, “respublikaçı namizədin dedikləri ya ziddiyyətlidir, ya məlumatsızlığın nəticəsidir və ya sadəcə gicbəsər ideyalardır”.(azadlıqradiosu)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler