Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Obama dolları qorumaq üçün demokratiyanı qurban verdi

10 Kasım 2016

9:44 am


10/11/2016 [13:40]: xeber –
Tramp isə strategiyanı qorumaqla taktiki dəyşikilik etmək məcburiyyətindədirStrateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri Azad Məsiyev ilə müsahibəni təqdim edirik:- ABŞ yeni prezidentini seçdi. Siyasətçilər dünya siyasətində yeni dönəmin başlayacağını qeyd edirlər. Bir çox dövlət başçıları Trampı təbrik etdilər, o cümlədən, Rusiya prezidenti də Donald Trampa simpatiyasını gizlətmirlər. Sizin fikirinizcə, ABŞ xarici siyasətini dəyişəcəkmi?- ABŞ hakimiyyətdə istər demokratlar, istərsə də respubilikaçılar olsun fərqi yoxdur, kimin olmasından asılı olmayaraq dövlətin strategiyası birdir. Hakimiyyətə gələn siyasi partiya taktiki baxımdan dəyişiiklər etməklə dünya içtimayyətini məharətlə aldada bilirlər. ABŞ dövlətinin qəbul etdiyi strategiya valyutasi olan dolları nəyin bahasına olursa-olsun vahid dünya valyutası kimi qoruyub saxlamaqdır. Bu strategiyanı qorumaq üçün ABŞ-da hakimiyyətə gələn partiya taktiki baxımdan daxili və xarici siyasətdə kosmetik dəyşiklər edirlər. ABŞ siyasətçiləri və analtikləri görüntü üçün demokratiya ideyasını strategiya kimi önə gətirirməkə görüntü yaradır və əsas məqsədlərini ustalıqla gizlətməyə çalışırlar.Göründüyü kimi, ABŞ-ın hazırki prezidenti Obama dolları dünya valyutası kimi qorumaq üçün demokratiya ideyasını qurban verdi. Artıq dünya iştimayyətinə birmənalı şəkildə məlumdur ki, ABŞ dövləti dolları qorumaq üçün demokratiyadan vasitə kimi istifadə edir.Amerika xalqı yeni prezidentini seçdi, Respublikaçılar Partiyasının nümayəndəsi Tramp and içməyə hazırlaşır. Bəli, dünya ictimaiyyəti arzulayır ki, ABŞ-ın yeni prezidenti dünyada sülh və əmin-amanlıq yaratsın, hərc-mərclik aradan qalxsın, qan tökülməsin. Rusiya prezidentinin də təbrik çıxışındakı etdiyi siyasi jest bununla bağlıdır.ABŞ dövlətinin tarixini analiz edəndə görərik ki, Respubilikaçılar Partiyası strategiyanı qorumaq üçün həmişə daha aqressiv xarici siyasət yürüdüblər. Hesab edirəm ki, ABŞ-ın yeni seçilmiş prezidenti dövlətin idarə edilməsində, daxili və xarici siyasətdə strategiyanı qorumaqla taktiki dəyşiriliklər etmək məcburiyətindədir.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler